Məhkəmə qərarları › İş №3(010)-1117/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1117/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1117/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.700 manat məbləğində inzibati cərimə edilmişdir. X4 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, DƏMX Bakı şəhər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 17 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 vəkili və nümayəndəsi Vəkil izahat verərək, göstərmişdi ki, kadrlar işini bilavasitə həyata keçirən şəxsin şahid kimi dindirilməsini xahiş etmiş, onun maddi məsul şəxs olmasına dair sənəd olduğunu bildirmişdir. Maddi məhsul şəxsi dərhal işdən azad edə bilməzlər, Əmək Məcəlləsinin 69.2 və 69.3-cü maddələrinin pozulması ilə bağlı cərimə tətbiq edilmişdir. Dəmirov Ruslan yanvar-fevral ayları olardı əmək müqaviləsi bağlayıb. Maddi məsul şəxs kimi mənimsəməsi qeydə alınıb və Suraxanı Prokurorluğuna müraciət edilmişdir. Şəxs 17 sentyabr tarixdə teleqram vurmuşdur ki, ayın 16-ı tarixindən onu işdən azad etsinlər. Halbuki heç bir əsas göstərmədən ərizə verdikdə, 1 ay gəlib, işini icra etməlidir. Ərizə verən kimi 9, 13, 17, 24, 26 sentyabr tarixlərində demək olar ki, işə gəlməmişdir. Müəsisə rəhbəri həmin şəxsin hansı səbəbdən gəlmədiyini bilmir. Dərhal işdən azad edilsə, sonradan xəstəliyə dair sənəd gətirsə idi, məcburi olaraq işə bərpa etmək lazım idi. Maddi məsul şəxsdir, materialları onun yerinə gələn şəxsə və ya rəhbərliyə təhvil verməli idi. ƏM-in 69.3-cü maddə də qeyd olunub ki, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsi bağladıqda dərhal azad oluna bilərdi. Lakin belə bir şey olmayıb. Sonradan şəxs 15 noyabr tarixdə gəlib və ondan izahat alınıb ki, harda idi, xəstəlik vərəqəsi var idi ya yox idi, səbəbləri araşdırılmış, məlum olmuşdur ki, şəxs xəstə olmayıb, sadəcə işə gəlməyib, onun heç bir güzəşti yoxdur. Müəssisənin rəhbərliyi ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə çıxarmışdır. Hesab edir ki, müəssisənin məsuliyyəti əsassızdır. Məhkəmənin iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi X8 bildirmişdir ki, burada əsas məsələ - müddət məsəsləsidir. Onlarda olan 17 sentyabr tarixli ərizəsi vardır ki, işdən çıxmaq üçün müraciət etmişdir. Tarix olaraq, qeyd edib ki, həmin gündən işdən çıxsın. Mənimsəmə ilə bağlı qeyd etdi ki, bu kimi hallarda, qanunvericilik işəgötürəni qoruyur ki, o onun üzərinə göstərilən tarixdə xitam verməsin, amma hər bir halda, işçi ərizəni təqdim etdiyi gündən onu bir təqvim ayı saxlaya bilərlər. Son tarix ərizənin verildiyi tarixdən bir təqvim ayı sonrası olur. İşçinin vəzifəsidir ki, həmin ərəfədə işə gəlsin. İşin icra etməməsi ilə bağlı intizam tənbehi görülə bilər, amma bunların hamısı bir təqvim ayının son gününə kimi keçərlidir. Xitam əmri 16 noyabr 2024-cü ildə verilib. Həmin xitam əmrində hansı səbəblər olması qeyd edilir. Səbəblərdə işdə olmaması göstərilir. Əgər 70-in ç bəndi ilə işdən çıxarılırsa, bu intizam tənbehidir. Həmin müddətdə ötürülüb. Əmrin əsaslandırıcı hissəsində əsaslandığı sənədlər göstərilir, bu yoxdur, deyə ehtimal edilir ki, müəssisənin xidməti bir yazısı var. Bütün bu proseslər çox sonra baş verib. Müəssisə ƏM-nin 70-ci maddəsinin ç bəndi üçün intizamın da vaxtını ötürüb, həmçinin işçinin könüllü əsasla çıxması üçün nəzərdə tutulmuş müddət ötürmüş və qanunvericiliyin tələbi pozulmuşdur. Prokurorluğa dair nəticələri varsa, işçi bu əmr ləğv olunandan sonra həmin əsaslarla ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilə bilər. Onların bir ay müddəti var idi, şəxs bülleten gətirirsə, əmri 192.6-a əsasən ləğv edilib, yenidən bərpa edilir. Ancaq onlar yazıb ki, büllüten olmayıb. Bu səbəbdən işçi bir ay ərzində hər gün işə gəlməli idi. Həmin o bir aylıq dövrdə hər iki maddə əhatə olunur, bir ayın sonunda ya ortasında xitam verilsə idi, onlar şəxsi haqlı hesab edəcəkdi. Ümumiyyətlə, işçi işəgötürəni bir ay qabaqcadan xəbərdar etməlidir. Mütləq bir ay gözləməli deyil, maksimum bir ay gözləməlidir. Əgər vətəndaş şikayət etsə idi ki, əmək qabiliyyətini itirdiyi dövrdə xitam verilib, onlar İXM-nin 192.6-cı maddəsi ilə şərti olaraq məktub göndərəcəkdi ki, həmin dövrdə şəxs əmək qabiliyyətini itirdiyinə görə onun barəsində verilmiş xitam əmri qanunsuzdur, lakin təqsir söhbəti ortada yoxdur. Qanuni əsas olmadığına görə o ləğv olunmalı və yeni əmr verilməli idi. İşçinin işəgötürənə ünvanladığı həm ərizəsi, həm də teleqramı var, teleqramın hüquqi qüvvəsi ona görə olmaya bilər ki, orada tarix olaraq 16 sentyabr yazmış, işçi köhnə tarixə istəyə bilməz, ərizə isə 17 sentyabr tarixində verilib. Ərizə bir ay sonra işçi tərəfindən geri götürülmürsə, o çıxarılmalıdır, bu imperativ normadır. İşçinin razılığı olmadan qaldığı hər gün, məcburi əməkdir. İşçinin bir ay bitdikdən sonra işə çıxmamaq, son haqq-hesabı tələb etmək hüququ var. Maddi məsuliyyəti iki cür fərqləndirilər – 1) tam maddi məsuliyyət müqaviləsi olduqda, vurulan maddi ziyana görə məsuliyyət daşıyır, əgər müqavilə yoxdursa, orta aylıq əmək haqqı ilə məsuliyyət daşıyır, 2) inzibati xətaya görə birinci təqsir məsələsi əsas götürülür. Qeyd etdiklərinə əsasən qərarın ləğv edilmədən dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, həmin müəssisədə direktor müşaviridir və kadrlar işləri aparır. Sözü gedən əmri o tərtib eləmişdir. 40 ilə yaxın stajı var. Əmək Müfəttişliyinə getdi, dedilər ki, o fiziki şəxsdir, onlar onu eşitmək istəmədi. Avqust aylarında həmin şəxs tərəfindən məsimsəmə ilə bağlı əsaslı şübhələr yaranmış və araşdırmağa başlayanda, o ona verilən suallara cavab yazmışdır ki, “bəli, bu qədər pulu götürmüşəm, yemişəm”. Şifahi izah elədi ki, Moskvada qohumu var, onkoloji xəstədir, xəstəliklə bağlı ona pul lazım olduğuna görə pulu götürüb, mənimsəmiş, qaytaracaq. Sentyabrın 15-dən sonra gəlməmiş, arada gəlmiş, lakin işə çıxmırmış, fırlanıb, izahat yazıb, çıxıb gedirmiş. Oktyabrın 1-dən işə gəlməmiş, eşitdiyinə görə gəlib işə çıxmayıb, noyabrın 15-də gəlib ki, əmək kitabçasını götürsün, həmin vaxt demişdir ki, “teleqram vurmuşam”. Poçtdan sürücü gedib onun ünvanladığı teleqramı gətirmiş, 16-sı tarixi ilə işdən çıxarılması ilə bağlı sentyabrın 17-i teleqram vurub. O, da şəxsə 17 sentyabr tarixi ilə noyabrın 15-i günü ərizə yazdırdı ki, teleqram olmasın, ancaq ərizə olsun. Harada olduğunu soruşduqda şəxs “pul lazım olduğu üçün taksiliklə məşğul idim” cavabını vermişdir. Xəstəliklə bağlı arayışı olduğunu soruşduqda isə olmadığını bildirmiş və buna dir izahat yazmışdır. Ona sentyabrın 16-sı işə gəlməsini bildirmiş, şəxs də axşama kimi həyətdə olmuşdur. Bu səbəbdən o, sənədi 16-sı tarixi ilə rəsmiləşdirmişdir. Şəxs maddi məsul şəxsdir. Ərizəsində də çıxma səbəbi yazmayıb, ƏM-nin 69.3-cü bəndəki heç bir əsas yoxdur. Şəxs 16 sentyabr orda olsa idi o xitam verə bilərdi. Əmək Müfəttişliyi ilə əlaqə saxlayaraq bildirmişdir ki, “hardan bilim xəstədir”, dedi ki, təbibdə - X6 xəstəlik vərəqəsinin reyestri var, lakin məlumatlar daxil edilmir. Əvvəl geri tarixlə xitam vermək mümkün idi, lakin indi sistemdə bu mövcud deyil. Şəxsdən izahatı 15 noyabrda almışdır. Mustafayev Azad sürücüdür, teleqramı tapıb gətirməsə, onun maaşından tutulacağını bildirdiyi üçün o, teleqramı tapıb gətirmişdir. 2024-cü ilin avqust ayından artıq qanun dəyişib, köhnə tarixlə xitam verilə bilməz, istisna hallar, ƏM-nin 72 və 1-1-ci maddələri ilə bağlı hallardır. Bu qanunun tələbidir, sistemlə bağlı məsələ deyil. O, bəzi günlər işə gəlməmiş, soruşduqda “maşınımın təkəri buraxmışdı” deyirmiş. Ümumiyyətlə o, satış təmsilçisidir, malı aparıb 150 mağazaya verir. Oktyabr ayının 1-dən işə gəlməmiş, teleqram onlara çatmamış, ona görə ərizə yazdırmışdır. “Teleqram vurmuşam” dediyi vaxt maraqlanmışlar və sürücü götürdüyü dəqiqləşmiş, daha sonra sürücünün üstünə düşdükləri vaxt sürücü surətini poçtdan gedib götürmüşdür. Teleqramla bağlı qeydiyyat kitabları yoxdur, turniket var, o isə bir gün işləyir, üç gün işləmir. İşdən çıxmasına baxmayaq, giriş kartı şəxsdən alınmayıb. Elektron qaydada verilən ərizələr Excel-də qeydiyyata alınır, şəxs də 17 sentyabrda teleqram vurduğunu bildirdiyi üçün 17 sentyabr tarixi ilə ərizə yazdırmışdır. O, 42 saylı poçt ilə göndərmiş, sürücü Azad götürmüş lakin sonradan itirmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən, X1 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, 04 fevral 2025-ci il tarixində protokol tərtib edilərək X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə həmin məcəllənin 69.2 və 69.3-cü maddələrinin tələbləri pozulduğundan xitam verilmiş, xx.xx.2024-cü il tarixli 27/M saylı əmrə əsasən əmək məsuliyyətinin başlanma tarixi xx.xx.2024-cü il tarixdən başlansa da, məsuliyyətin vaxtı üçün ona əmək haqqı Azərbaycan Respublikası ƏM-nin 140-cı maddəsinin tələbləri pozularaq gecikdirilərək ödənilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan “xitam haqqında” 16 noyabr 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X9 16 noyabr 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və ya 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X9 16 sentyabr 2024-cü il tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və həmin tarixdən işdən azad edilməsi ilə əlaqədar teleqram ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X9 17 sentyabr 2024-cü il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. İşdə olan mövcud sübutlardan göründüyü kimi "xxxx" MMC-nin direktoru X4 ilə X9 arasında əmək müqaviləsi (kontraktı) bağlanaraq R.Dəmirov satış təmsilçisi işinə qəbul edilmişdir. 16 noyabr 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X9 16 noyabr 2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və ya 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X7 04 fevral 2025-ci il tarixində protokol tərtib edilərək 16 noyabr 2025-ci il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyənləşdirildiyinə görə fərdi sahibkar X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyindən ləğv edilməsini xahiş etmişdir. X9 tərəfindən 17 sentyabr 20025-ci il tarixdə ərizə ilə müraciət etmiş, müəssisə isə əmək qanunvericiliyinə ilə nəzərdə tutulmuş 1 (bir) ay müddətində deyil, həmin an üçün heç bir əsaslı səbəb olmadan müraciətdən yalnız 2 ay sonra şəxsi işdən azad etmişdir. Müəssisənin təmsil etdiyi nümayəndə və yaxud iş üzrə şahid tərəfindən Ruslan Dəmirovun mənimsəmə və yaxud yeyinti halları barədə məlumat verilsə belə və onun sırf məsul şəxs olduğuna görə işdən azad olunmadığı göstərilsə belə, bu hal barədə mübahisələndirilən dövrdə qəbul edilmiş qanuni qüvvəyi minmiş hökm və yaxud da ibtidai istintaq orqanın cinayət işinin başlanması haqqında qərar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar