Məhkəmə qərarları › İş №3(010)-1118/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1118/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1118/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X9 iştirakı ilə, Şəxs, xx xxxxx 1962-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, məhəllə 558/57, ev “B”-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 28 nömrəli evin 72 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(010)-345/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 5.000 (beş min) manat X9, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-14201/2015 nömrəli məhkəmə əmrinə əsasən 9.000 (doqquz min) manat və 20 manat dövlət rüsumu X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmiş və nəticədə Şəxs icra sənədləri üzrə X11 2.750 manat, X4 isə 6.520 manat borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, ondan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(010)-345/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 5.000 (beş min) manat X9, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-14201/2015 nömrəli məhkəmə əmrinə əsasən isə 9.000 (doqquz min) manat və 20 manat dövlət rüsumu X2 xeyrinə tutulmuşdur. Həmin icra sənədləri üzrə müvafiq ödənişlər etmiş və hazırda X11 2.750 manat, X4 isə 6.520 manat borcu qalmışdır. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq heç yerdə işləmədiyinə görə hazırda qeyd edilən borclarını birdəfəlik ödəmək iqtidarında deyil. Ona vaxt veriləcəyi təqdirdə icra sənədləri üzrə tələbkarlara olan borclarını hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu icra sənədləri üzrə tələbkarların xeyrinə müəyyən ödənişlər etsə də bu yetərli olmamış və nəticədə R.Y.X1 2.750 manat, X4 isə 6.520 manat borcu yaranmışdır. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X13 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(010)-345/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 5.000 (beş min) manat məbləğində vəsait onun xeyrinə tutulmuşdur. Borclu hal-hazıradək ona 2.250 manat ödəniş etmiş, qalıq məbləği isə müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək ödəməkdən qərəzli olaraq yayınmışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. X6 borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkar A.A.Güllərlini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(010)-345/2011 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 5.000 (beş min) manat X9 xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-14201/2015 nömrəli məhkəmə əmrindən görünür ki, Şəxs 9.000 (doqquz min) manat və 20 manat dövlət rüsumu X2 xeyrinə tutulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında xx xxx 2011-ci il tarixli qərardan görünür ki, xx xxx 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011ci il tarixli, 2(010)-345/2011 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 05 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-14201/2015 nömrəli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icra sənədlərinin ümumi icraata birləşdirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-14201/2015 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(010)-345/2011 nömrəli icra sənədləri ümumi icraata birləşdirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 17:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar