Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1119/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Qutqaşen rayonunun Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonunun Vəndam qəsəbə Ərazi dairəsi, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə Şöbəsi tərəfindən təqdim edilmiş 03 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallara əsasən Şəxs 03 sentyabr 2021-ci ildə saat 13:30 radələrində ünvan 1 ünvanında dini yığıncağı və digər dini mərasimlərini təşkil etməklə keçirərək, qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1119/2021 saylı 28.09.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. Qərardan narazı qalan Şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 28.09.2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 1119/2021 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22.10.2021-ci il tarixli qərarına əsasən Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ləğv edilərək, iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə 05.11.2021-ci il tarixində qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında ilk olaraq göstərmişdir ki, o, məhkəmənin əvvəlki iclaslarında müdafiəçinin də məhkəmə iclasına dəvət edəjəyini, bu məqsədlə müdafiəçinin öz adına order alajağını bildirmiş və bunun təmin edilməsi üçün məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, məhkəmə də onun bu vəsatətlərini təmin edərək, məhkəmə iclaslarını təxirə salmışdır, lakin müdafiəçisi məhkəmə iclaslarına gəlməmişdir. İşin faktiki halları ilə bağlı göstərdi ki, 03.09.2021-ci il tarixdə, saat 13:30 radələrində Suraxanı rayonu, 32-ci Polis Bölməsinin əməkdaşları və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin işçiləri ünvan 1 ünvanda yaşadığı fərdi yaşayış evinə məhkəmənin müvafiq qərarını təqdim etmədən qanunsuz daxil olaraq, xəstəliyi ilə əlaqədar onu ziyarət etməyə gəlmiş qonaqların və onun barəsində qanunsuz inzibati protokol tərtib etmişlər və onların fotoşəkillərini çəkmişlər. Onu ziyarət etməyə gəlmiş qonaqları Azərbaycan Respublikası İXM-in 211.1-ci(karantin rejimi qaydalarının pozulması) maddəsi ilə hər birini 200 manat inzibati cərimə etmiş, onun barəsində isə həmin Məcəllənin 515.0.2-ci (dini ayinləri icrası qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib etmişlər. 32-ci Polis Bölməsinin əməkdaşları məhkəmə qərarı olmadan onu və ziyarət etməyə gəlmiş qonaqlarını qanunsuz olaraq məcburi qaydada 32-ci polis bölməsinə gətirmiş, qanunsuz təyin edilmiş inzibati cərimənin ödənilməsinə məcbur edilmiş və yalnız bundan sonra buraxılmışlar. O, dini yığıncaqların təşkili və keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmamışdır. Qeyd etmək istəyir ki, həmin ərəfədə o, tibbi əməliyyatdan çıxdıqdan sonra ürəyinə stend qoyduğundan, ölkənin müxtəlif rayonlarından, o, jümlədən, Qəbələdən, Qaxdan, həmçinin, Bakıdan olan 23 nəfərdən ibarət tanışları onu ziyarət etməyə gəlmişlər. Komitə tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki insanlar yuxarıda qeyd etdiyi kimi, xəstəliyi ilə əlaqədar onu ziyarət etməyə gəlmişlər və onlar heç bir dini mərasim keçirməmişlər. Eyni zamanda qeyd etmişdir ki, o, fotoşəkillərdə əks olunmuş evdə daimi olaraq deyil, müxtəlif vaxtlarda yaşayır. İşin faktiki hallarından da görünür ki, o, Azərbaycan Respublikası İXM-in 515.0.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Nə protokol, nə də digər materiallarda təqsirləndirildiyi inzibati xəta haqqında nələr qeyd edilib və hansı sübutlar əsasında protokol tərtib edilib qərarda bu barədə bir cümlə belə qeyd edilməyib. Yəni inzibati xətanın təsviri hissəsi dini yığıncaq dedikləri nədi, bu yığıncaq adı altında hansı dini hərəkətlər olub və s. ümumiyyətlə qərarda öz əksini tapmayıb. Yəni, bütün bu hallar bir daha onu göstərir ki, onun İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməyi tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə bir neçə dəfə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə Şöbəsi məhkəməyə nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 03 sentyabr 2021-ci ildə saat 13:30 radələrində ünvan 1 ünvanında dini yığıncağı və digər dini mərasimlərini təşkil etməklə keçirərək qanunla müəyyən edilən qaydasının pozulması məşğul olması faktı aşkar edilmişdir. Bu fakt həmin mənzildə yığıncaqların keçirilməsi ilə təsdiq edilir. Məhkəmə bu nətijəyə gələrkən, iş materiallarında olan və mənbəyi şübhə doğurmayan fotoşəkillərdəki əkslərlə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəmədə verdiyi ifadəsinin müqayisəli təhlilinə əsaslanmışdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin özü də məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, həmin fotoşəkillər onun barəsində protokol tərtib olunan vaxt Komitənin əməkdaşları tərəfindən çəkilmişlər və inzibati xəta materiallarına əlavə edilmişlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında göstərmişdir ki, o, tibbi əməliyyatdan çıxdıqdan sonra ürəyinə stend qoyduğundan, ölkənin müxtəlif rayonlarından, o, jümlədən, Qəbələdən, Qaxdan, həmçinin, Bakıdan olan 23 nəfərdən ibarət tanışları onu ziyarət etməyə gəlmişlər, komitə tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki insanlar yuxarıda qeyd etdiyi kimi, xəstəliyi ilə əlaqədar onu ziyarət etməyə gəlmişlər. Bu zaman, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ölkənin müxtəlif bölgələrindən olan insanların hansı qaydada eyni vaxtda və eyni məkanda onun ziyarətinə gəlməsinə dair məhkəmənin sualına aydınlıq gətirə bilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs fotoşəkillərdə əks olunmuş insanların onun ziyarətinə gəldiyini göstərərkən, eyni zamanda, fotoşəkillərdə əks olunmuş evdə daimi olaraq deyil, müxtəlif vaxtlarda yaşadığını qeyd etmişdir. Mənzildə stolların və stulların, bir sözlə, daimi yaşayış üçün ilk zəruri əşyaların olmadığına dair məhkəmənin sualına sonunju aydınlıq gətirməmiş, evdə yeməyin döşəmənin üzərində yeyildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ifadələri həqiqəti əks etdirmir, faktiki halları özündə əks etdirən fotoşəkilllərdəki əkslərlə uzlaşmır. Faktiki olaraq müəyyən olunur ki, fotoşəkillərdə əks olunan evdə daimi yaşayış nəzərdə tutulmamışdır, belə olan halda isə ölkənin müxəlif bölgələrindən gəlmiş 23 nəfər vətəndaşın barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ziyarətinə gəlməsinə dair mülahizələrin əsası yoxdur. Fotoşəkilllərdəki əkslərdən də aydın olaraq görünür ki, evdə toplaşmış insanlar dini mərasim həyata keçirirlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 515.0, 515.0.2-ci maddələrinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən 03 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında dini mərasimlərin keçirilməsinin qanunla müəyyən olunmuş qaydası pozulduğundan, o, İXM-in 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1119/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1119/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver