Məhkəmə qərarları › İş №3(010)-1123/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1123/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1123/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 23 avqust 1977-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı ray, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 8 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə əsasən ondan 19 iyul 2006cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 avqust 2013-cü il tarixli 2(010)-3329/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq 154 (yüz əlli dörd) manat müəyyən edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Əvvəllər alimenti vaxtında ödəsə də, lakin sonradan həm alimentin məbləği artırıldığından, həmçinin ikinci dəfə ailə həyatı qurduğundan, həmin evlilikdən 02 uşağının da dünyaya gəldiyindən, bundan başqa heç yerdə işləmədiyindən icra sənədini tam olaraq icra edə bilməmişdir. Nəticə də onun 4.100 manat ödənilməmiş aliment borcu yaranmışdır. Hazırda o, tələbkara 500 manat məbləğində ödəniş etmiş, qalan məbləği isə hər 200-250 manat olmaqla ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 06 sentyabr 2021-ci il tarixdə məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 göstərmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə əsasən Şəxs 19 iyul 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 avqust 2013-cü il tarixli 2(010)-3329/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq 154 (yüz əlli dörd) manat müəyyən edilmişdir. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun icra sənədi üzrə aliment borcu 4.100 manat təşkil etmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə O.H,Ələkbərovun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman icra sənədi üzrə tələbkara 500 manat ödəmişdir. 01 oktyabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində icra sənədi üzrə tələbkar X4 göstərmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə əsasən Şəxs, 19 iyul 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan əlavə iki uşağının dünyaya gəldiyini əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən qeyd edilənlər borclunu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. O, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 avqust 2013-cü il tarixli, 2(010)-3329/2013 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 19 iyul 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 iyul 2013-cü ildən başlayaraq Şəxs hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 23 avqust 2013-cü il tarixli, 2(010)-3329/2013 nömrəli qətnaməsi Şəxs 19 iyul 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq 154 (yüz əlli dörd) manat müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 18 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 18 oktyabr 2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Şəxs həyat yoldaşı X6 tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)- 3919/2018 nömrəli icra sənədi üzrə tələbkar X2 01 oktyabr 2021-ci il tarixdə 500 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs məhkməə iclasında verdiyi 06 oktyabr 2021-ci il tarixli iltizamdan görünür ki, borclu Şəxs hər ay tələbkar X2 200-250 manat məbləğində ödəniş etmək barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X2 500 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun təxminən 1/8 hissəsini ödədiyi halda, ailə vəziyyəti və maddi imkansızlıq ucbatından icra sənədini tam olaraq icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(010)-3919/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar