Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1125/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X10 və icra sənədi üzrə tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, Döngə 2, 26G nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 3.050 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə əsasən ondan 28 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Aqili (Yusubova) Nigar Məmmədəli qızına ödənilməlidir. Qeyd etdiyi qətnamə qəbul edilərkən Qazaxstan Respublikasında olduğundan həmin qətnamədən məlumatı olmamış, 2020-ci ilin mart ayında Azərbaycan Respubliksına qayıtdıqdan sonra icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində olarkən bundan xəbəri olmuş və həmin vaxt icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın surəti ona təqdim edilmişdir. Bundan sonra mütəmadi olaraq ödənişlər etməyə başlamışdır. Belə ki, 01 iyun 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək tələbkara 650 manat, sonratan isə 300 manat olmaqla ümumilikdə 950 manat ödəniş etmişdir. Lakin icra məmuru və tələbkar ondan 2019-cu ilin avqust ayından yaranmış aliment borcunun birədəlik ödənilməsini tələb etmişlər. Taksi sürücüsü qismində fərdi əməklə məşğul olduğundan, habelə 2020-ci ildə koronavirus infeksiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğu müddət ərzində işləyə bilmədiyinə görə gəlir əldə edə bilməmiş və bu səbəbdən də aliment borcunu birdəfəlik ödəyə bilməmişdir. Hazırda o, tələbkarın nümayəndəsinə 500 manat ödəniş etmişdir. Bununla da onun faktiki olaraq bu günə 2.550 manat aliment borcu qalır ki, onun da təxminən 1.200 manatı 2019-cu ilin avqust ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində yaranmış borcdur. Həmin məbləği isə hissə-hissə olmaqla ödəyəcəkdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini, tələbkarın nümayəndəsinin ondan şikayətçi olmadığını, iş üzrə icrata xiatam verilməsini xahiş etdiyini nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X13 məhkəmədə bildirdi ki, icra sənədi 27 yanvar 2020-ci ıl tarixdə şöbənin icraatına daxıb olmuş müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İcra işi üzrə icaat zamanı borclunun ünvan 1üəyyən edilmişdir. X5 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, 10 mart 2020-ci il tarixdə isə onun şöbəyə gətirilməsi təmin edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildırşin surətləri ona şəxsən təqdim edilməklə ilkin izahatı alınmışıdr. Borclu izahatında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən Bakıya gəldikdən sonra məlumatlı olduğunu, aliment qərarının icrasından yayınmadığını, tez bir zamanda yığılmış borclarını ödəyəcəyini bildirmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilmədiyindən, onun əmlak vəziyyəti elektron icra portalı vasitəsi ilə yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bır əmlak müəyyən edilməmişdir. Borclu Şəxs tez-tez ölkə hüdudlarını tərk etdiyini nəzərə alaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasma dair 10 mart 2020-ci il tarixli təqdimatla Bakı şəhəri Suraxan rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 01 iyun 2020-ci il tarixli, 2(010)-195/2020 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışıdr. Tələb borclu tərəfindən təmin edilmədiyindən 20 may 2020-ci il tarixdə o, təkrarən şöbəyə dəvət edilmiş və növbəti dəfə izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməklə tələbi təmin etməsi üçün ona sonuncu dəfə vaxt verilmişdir. Sonuncu izahatından sonra borclu tərəfindən 01 iyun 2020-ci il tarixdə 150 manat aliment pulu tələbkarın xeyrinə ödənilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tələb borclu tərəfindən təmin edilmədiyindən onunla telefon vasitəsi ilə əlaqə yaradılmış və borcluya tələbi təmin etməyəcəyi halda müvafiq qaydada məsuliyyətə cəlb olunacağı barədə təkrar xəbərdarlıq edilməklə ona 30 iyun 2020-ci il tarixə qədər vaxt verilmişdir. İcra sənədi üzrə borclu Şəxs 30 iyun 2020-ci ıl tarixdə növbəti dəfə şöbəyə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında mövcud karantin rejmini və maddi imkanının zəif olduğunu əsas gətirərək tələbi tam olaraq təmin edə bilməyəcəyini bildirmişdir. Bundan sonra borclu 02 iyul 2020-ci il tarixdə tələbkarın xeyrinə 100 manat aliment pulu ödəmişdir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən, eləcə də tələbkar X3 şöbəyə və Ədliyyə Nazirliyinə etdiyi müraciətləri nəzərə alınaraq borclu 12 iyul 2020-ci il tarixdə növbəti dəfə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclu zahatında taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq karantin müddətində işləmədiyini əsas gətirmiş və bu səbəbdən icra sənədinin icrasını təmin edə bilməyəcəyini bildirmişdir. Tələb borclu tərəfindən təmin edilmədiyindən 22 iyul 2020-cı il tarixdə onun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilmişdir. İnzibati xəta haqqında protokola məhkəmə baxışı zamanı məhkəmə tərəfindən borcluya tələbi təmın etməsi üçün ilkin olaraq 29 iyul 2020-cı il tarixə, daha sonra isə 05 avqust 2020-cı il tarixə qədər vaxt verilmişdir. Bu müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 500 manat aliment pulu ödənilmişdir. Borclunun ödənişləri nəzərə alınaraq məhkəmənin 05 avqust 2020-ci il tarixli, 3(010)-741/2020 saylı qərarı ilə başlanılmış inzibatı xəta haqqında işin icraatına xitam verilmişdir. İnzibati xəta haqqında protokoldan sonra borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilmədiyi nəzərə alınaraq o, 25 dekabr 2020-ci il və 10 mart 2021-ci il tarixlərdə yenidən şöbəyə dəvət olunaraq icra sənədinin icrasını təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu 03 sentyabr 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borcluya icra sənədinin icrasını təmin etmək üçün sonuncu dəfə 07 sentyabr 2021-ci il tarixə qədər vaxt verilmişdir. Verilmiş vaxt müdətində borclu tərəfindən tələbkarın xeyrinə heç bır ödəniş edilməmişdir. İcraat dövründə borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 950 (doqquz yüz əlli) manat aliment pulunun ödənilməsi təmin edilsə də, 07 sentyabr 2021-ci ıl tarixə 3.050 (üç min əlli) manat aliment borcu yaranmışdır. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunmamış və bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 500 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X6 məhkəmədə göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə əsasən Şəxs 28 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Aqili (Yusubova) Nigar Məmmədəli qızına ödənilməlidir. Borclu müxtəlif bəhanlər gətirərək icra sənədini lazımi qaydada icra etməmiş və nəticədə onun 3.050 manat aliment borcu yaranmışdır. Buna görə də onlar, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hal-hazırda borclu ona 500 manat ödəniş etmişdir. X1 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 28 yanvar 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 27 yanvar 2020-ci il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onların üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)- 4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 27 yanvar 2020-ci il tarixdə başlanılmış, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs 10 mart 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızının nümayəndəsi X6 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 500 manat məbləğində vəsaiti qəbul etmiş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə işdə olan sübutlardan, o cümlədən tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə halhazıradək 950 manat ödəniş etmiş, lakin bu icra sənədəinin icrası üçün yetərli olmamış və nəticədə onun 3.050 manat ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də icra sənədinin icrsını həyata keçirn icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxıldığı zaman Şəxs icra sənədi üzrə tələbkarın nümayəndəsinə 500 manat ödəniş etmişdir. Buna görə də tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızının nümayəndəsi X6 məhkəmə iclasında borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 500 manat ödədiyini, tələbkar Aqili (Yusubova) Nigar Məmmədəli qızının nümayəndəsi X2 borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda onun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(010)-4471/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1125/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1125/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver