Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1134/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Salman Əhmədovun və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, X3, 19 sentyabr 1959-cu ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1VGZF38, evli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin rəisi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 3 nömrəli evin 110 nömrəli mənzilində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 22 iyul 2021-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla S.S.Babayev Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. 08 sentyabr 2021-ci il tarixdə X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X6 göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2021-cİ il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə o, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Suraxanı rayon Sukanal İdarəsinin rəisi olaraq vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000 manat cərimə edilmişdir. Qərarda göstərilir ki, 22 iyul 2021-cu il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Zığ Qoşa yol ətrafında aparılan müşahidə zamanı su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan kommunal və dövlət obyektinin istismar edildiyi müəyyən olunmuş və müvafiq olaraq 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli ihzibati xəta haqqında protokol tərtib edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinə 06 avqust 2021-ci il tarixində daxil olmuşdur. Vəzifəli şəxs olaraq barəsində seçilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 fevral 2021-ci il tarixli, 27-k saylı əmrinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq icra edir. Göründüyü kimi qısa zaman çərçivəsində vəzifəli şəxs olaraq idarə rəisi vəzifəsini müvəqqəti olaraq icra etməkdədir. Digər tərəfdən bu dövrün ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə üst-üstə düşdüyü də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati protokol və həmin protokol əsasında qəbul edilmiş qərar prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Birincisi, inzibati protokol onun iştirakı olmadan tərtib edilmiş, buna dair işə baxılmasına dair rəsmi qaydada dəvət edilməmiş, habelə barəsində qəbul edilmiş qərar da onun iştirakı olmadan qəbul edilmişdir. Bundan əlavə faktla bağlı hər hansı bir inzibati araşdırma aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən X9 üzrə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılmalıdır. Bundan başqa, su obyektinin “çirklənməsinin” necə müəyyən edilməsi böyük sual yaradır. Axı heç bir xüsusi texniki vasitədən istifadə etmədən, suyun labarator nümunəsi götürülmədən, onun nəticəsini bilmədən, qısa zaman çərçivəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları necə müəyyən etmişlər ki, axıdılan su Bülbülə, Zığ Qoşa yol ətrafını çirkləndirir? Eyni zamanda barəsində seçilmiş inzibati xəta tədbiri, inzibati icraatın vəzifələri ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən tərtib edilmiş məcburi göstəriş və qərar müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, “X9, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma” Qaydalarına əsasən inzibati xətalara dair sənədlər dedikdə akt, protokol, qərar və qərardad şəkilində çıxarılır. Qaydalara uyğun olmayan sənədlərin tərtibi, onun etibarsızlığına əsas yaradır. Eləcə də, inzibati xətaya dair “X9 haqqında” Qanun tələbləri pozulmasına görə məcburi göstəriş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilməmişdir. Belə ki, məcburi göstərişdə tərəfə nöqsanların aradan qaldırılması üçün son müddəti göstərilməklə vaxt verilməli, eyni zamanda xəbərdarlıq edilməlidir ki, əgər verilən tarşırıqlar göstərilən tarixin sonunda yerinə yetirilməzsə, təqsirkarlar Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən cərimə olunacaqlar. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq verilməmişdir. Ən əsası isə inzibati orqan sayılan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xətalar haqqında işlərə baxılması müddəti ötürülmüşdür. Belə ki, iş sənədlərinə əsasən protokol 22 iyul 2021-ci il tarixdə tərtib edilsə də, barəsində olan inzibati işə 12 avqust 2021-ci il tarixdə baxılaraq inzibati tənbeh haqqında qərar çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Göstərilənlər təsdiq edir ki, Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 3.000 manat cərimə edilməsinə dair barəsində çıxarılmış 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qanunsuz və əsassızdır. X6 həmçinin məhkəmədə suallara cavab olaraq bildirdi ki, diametri 300 millimetrdən az olan borular rəisi olduğu idarə tərəfindən, daha böyük diametrli borular isə Bakı Su Kanal İdarəsi tərəfindən quraşdırılır. Sözügedən ərazidə hələ SSRİ dövründə müvafiq qurğular quraşdırılmış, hətta Bakı şəhəri Sabunçu rayonunun ərazisindən gələn çirkab sular da qeyd edilən əraziyə axıdılır. Çırkab suların axıdılması ilə əlaqədar onlar yuxarı səlahiyyətli orqanlara müraciət etmişlər və bu məsələ onların deyil, Bakı Su Kanal İdarəsinin səlahiyyətinə aiddir. Bakı şəhəri Suraxanı rayonu ərazisində kiçik diamterli su borularında baş vermiş qəzalar onun rəhbəri olduğu idarə tərəfindən aradan qaldırılır. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Salman Əhmədov məhkəmədə bildirdi ki, vətəndaşların Fövqladə Hallar Nazirliyinə ünvanladığı şikayətləri və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən 22 iyul 2021-ci il tarixdə Qoşagöl su hövzəsi ətrafında müşahidə aparılmış və qeyd edilən ərazidə su obyektlərinin çirkləndirilməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan kommunal və digər obyektlərin istismar edildiyi müəyyən edilmişdir. Buna görə də müvafiq akt tərtib edilmiş və həmin akt əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin rəisi X3 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, qanunvericiliyin mövcud tələbinə əsasən çirkab suları zərərsizləşdirilmədən axıdıla bilməz. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi çirkab suların zərərsizləşdirilməsi ilə bağlı vətəndaşlardan çirkab suyun hər bir kubmetrinə 15 qəpik pul alır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Salman Əhmədovun izahatı ilə eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, su hövzəsinə axıdılan çirkab suların zərərsizləşdirilməsi üçün müvafiq qurğular qurulmalıdır. Qoşagöl su hövzəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən bu istiqamətdə müvafiq işlər də X3 rəisi olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi tərəfinfən həyata keçirilməlidir. Halbuki, sözügedən su hövzəsindən insanlar bilmədən su da içirlər ki bu da öz növbəsində daha ağır fəsadlarla nəticələnə bilər. X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin rəisi olmaqla vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000 manat cərimə olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, 70351 nömrəli aktdan görünür ki, həmin İdarənin 03 may 2021-ci il tarixli, BD 051 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Samir Əliyev küçəsi, 3-cü Mədən küçəsində yaşayan vətəndaş X8 yaxınlıqda yerləşən göldən gələn kəskin iy-qoxunun yaratdığı narahatçılıqlq bağlı Fövqəladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə ünvanladığı 16 may 2021-ci il tarixli məlumat şikayətçinin və Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin nümayəndəsi C.Hüseynlinin iştirakı ilə yerində araşdırılmışdır. Şikayətçi A.Əliyev yazılı izahat verərək əsasən isti günlərdə yaşadığı evin yaxınlığında yerləşən Qoşagöldən ətarafa yayılan kəskin iy-qoxunun ətrafda yaşayan sakinlər üçün ciddi narahatçılıq yaratdığını bildirmişdir. Araşdırma ilə əlaqədar birgə baxış keçirilərkən Əmircan qəsəbəsi, Samir Əliyev küçəsində və Qoşagöl su hövzəsinin digər ətraf hissələrində fərdi yaşayış evlərində yaşayan sakinlər tərəfindən formalaşan lokal çirkab suların zərərsizləşdirilmədən bir başa gölə axıdıldığı müəyyən edilmişdir. Sorğu zamanı sakinlər Suraxanı rayon Sukanal İdarəsi ilə bağlanmış müqaviləyə əsasən çirkab suların zərəsizləşdirilməsi üçün ödəniş etdiklərini bildirmişlər. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 fevral 2021-ci il tarixli, 27-k nömrəli əmrindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən 05 fevral 2021-ci il tarixdən 17-ci dərəcə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən təyin edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 ünvanladığı 13 avqust 2021-ci il tarixli məktubdan görünür ki, X3 barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib olunmuş və 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün X4 göndərilmiş və nəzərinə çatdırılmışdır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə müvafiq hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Eyni zamanda X3 nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi İcra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləcəkdir. Beləliklə şikayətə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X3 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun əsassız olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 qeyd olunan inzibati xətanı törətməsinə toplanmış sübutlar da sonuncunun əməlində həmin inzibati xəta tərkibinin olmasına şübhə yaradır. Çünki inzibati xətanın 26 may 2021-ci il tarixdə keçirilmiş araşdırma nəticəsində aşkar olunması müəyyən edilsə də, həmin araşdırma nəticəsində tərtib edilmiş akta Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Samir Əliyev küçəsində və Qoşagöl su hövzəsinin digər ətraf hissələrində fərdi yaşayış evlərində yaşayan sakinlərin fəaliyyəti nəticəsində formalaşan lokal çirkab suların zərərsizləşdirilmədən bir başa gölə axıdılmasına dair heç bir sübut məhkəmədə müəyyən edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən Qoşagöl su hövzəsinə su obyektlərinin çirkləndirilməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan kommunal və digər obyektlərin istismar edildiyinin müəyyən edildiyi əsas götürülsə də, lakin bunu sübuta yetirə biləcək, eləcə də qeyd olunan gölün çirklənmiş olması barədə heç bir yoxlama aparılmamışdır. Halbuki, X6 məhkəmədə ona verilən suallara cavab olaraq sözügedən ərazidə hələ SSRİ dövründə müvafiq qurğuların, yəni su obyektlərinin çirkləndirilməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların quraşdırıldığını bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə həqiqətən də belə qurğuların quraşdırılıb quraşdırılmadığını, quraşdırıldığı təqdirdə onların müvafiq ekoloji standartlara və ya digər keyfiyyət normalarına uyğun gəlib-gəlmədiyini araşdırmamışlar. Belə olan vəziyyətdə X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 246.0.1-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 may 2021-ci il tarixli, 70351 nömrəli aktda S.S.Babayevin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin aparılmış araşdırma nəticəsində çəkilmiş və akta əlavə edilmiş fotoşəkillərlə müəyyən edildiyi qeyd edilsə də, lakin akta hər hansı bir əlavə sübut əlavə edilməmiş və ya sonradan məhkəməyə də təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli olduğu halda, sadəcə olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu əsas götürərək, S.S.Babayevi Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak edən nümayəndə izahatında X3 barəsində aparılan inzibati icraata dəvət edildiyini bildirsə də, lakin sonuncunun qanunvericiliyin tələbinə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata dəvət edilməsinə və ya sonda qərar qəbul edilərkən öz sübutların təqdim etməsi üçün çağırılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 inzibati xəta haqqında iş üzrə 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarının S.S.Babayevin iştirakı olmadan qəbul edildiyini sübut edir. Belə olan halda, Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar aparılmş inzibati araşdırma zamanı iştirakı təmin edilmədiyindən faktiki olaraq S.S.Babayev Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 avqust 2021-ci tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1134/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1134/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver