Məhkəmə qərarları › İş №3(010)-1137/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1137/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1137/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, Bakı şəhəri,Binəqədi rayonu,9A mkr,M.Cəlal küçəsi,ev 53,mənzil 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində Bakı şəhəri,Y/Suraxanı qəsəbəsində hərbi vəziyyət rejimi ilə əlaqədar yaradılmış polis postunda saxlanılmış və yoxlama zamanı polisin qanuni tələbinə tabe olmayaraq, idarə etdiyi Mercedes-Benz markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomomaşını postun üzərinə sürərək, postdan uzaqlaşmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatıda bildirdi ki, o, hərbi rejim qaydalarına riayət etməyərək,xx.xx.2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində idarə etdiyi Mercedes-Benz markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayon Y/Suraxanı qəsəbəsində hərəkətdə olarkən, polis əməkdaşları polis postunda onu saxlanılmış və yoxlama zamanı polisin qanuni tələbinə tabe olmayaraq, avtomomaşını postun üzərinə sürərək, postdan uzaqlaşmışdır. Şəxsun həmin inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 15:30-dan hesablansın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar