Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1137/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, xx xxxx 1958-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orat təhsilli, subay, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsinə və 05 dekabr 2018-ci il tarixli, 2(010)-6413/2018 nömrəli qiyabi qətnaməsinə dair icra sənədlərini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli və 05 dekabr 2018-ci il tarixli 2(010)- 6413/2018 nömrəli qətnamələri onun iştirakı olmadan, bir tərəfli qaydada qərəzli olaraq qəbul edilmişdir. Ona, məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə heç bir məlumat verilməmiş, məhkəmə bildirişi göndərilməmiş, çəkişmə prinsipi kobud şəkildə pozulmuşdur. Həmin qətnamələrin surətləri, o cümlədən həmin qtənamələr dair icra sənədlərinə əsasən icraata başlamaq haqqında qərarlar da ona təqdim edilməmişdir. Qeyd edilən icra sənədlərindən yalnız icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində olarkən məlumatı olmuşdur. Hal-hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(010)-6413/2018 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayəti, apellyasiya məhkəməsi tərəfindən icraata götürülərək işin baxılması 29 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsindən isə verdiyi apelyyasiya şikayəti isə, buraxılmış müddətin bərpa olunması barədə vəsatət vermədiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan verdiyi şikayəti isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(010)- 358/2016 nömrəli qərardadı ilə təmin edilməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 08 sentyabr 2021-ci il tarixdə inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 məhkəmədə göstərmişdir ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün hər bir icra sənədi üzrə borcluya 10 gün müddətinə vaxt verilmişdir. 08 sentyabr 2021-ci il tarixdə borclunun yaşadığı ünvanda olmuş, icra sənədlərinin icrasını təmin etməsini tələb etdikdə borclu barəsində qəbul edilmiş qətnamələrdən narazı olduğunu bildirərək, onları icra etməkdən imtina etmişdir. Bununla da borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X2 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(010)-6413/2018 nömrəli qiyabi qətnaməsinnə əsasən Şəxs 49.696 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmuşdur. Həmin qətnamənin qüvvəyə minməsindən təxminən 02 il keçməsinə baxmayaraq, borclu qətnamənin surətini almadığını bəhanə edərək ondan apellyasiya şikayəti vermişdir. Borclunun məqsədi sadəcə olaraq icra sənədinin icrasını ləngitməkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, cəmi 3.844 manat 36 qəpik məbləğində pul vəsaiti Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(010)-6413/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 49.696 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulmuşdur. İcra sənədi üzrə borclu Şəxs təqdim etdiyi və iş materialarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli bildirişindən görünür ki, Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(010)-6413/2018 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayəti, apellyasiya məhkəməsi tərəfindən icraata götürülərək işin baxılması 29 noyabr 2021-ci il tarixə təyin edilmişdir. İcra sənədi üzrə borclu Şəxs təqdim etdiyi və iş materialarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 nömrəli qərardadından görünür ki, Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsindən verdiyi apelyyasiya şikayəti, buraxılmış müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. İcra sənədi üzrə borclu Şəxs təqdim etdiyi və iş materialarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(010)-358/2016 nömrəli qərardadından görünür ki, Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 nömrəli qərardadından verdiyi şikayəti təmin edilməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsindən və 05 dekabr 2018-ci il tarixli, 2(010)-6413/2018 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilmiş və hal-hazırda həmin işlər Bakı Apellyasiya Məhkəməsinin icraatındandır Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsindən və 05 dekabr 2018-ci il tarixli, 2(010)- 6413/2018 nömrəli qiyabi qətnaməsindən Şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb mahiyyəti üzrə yekun qərar qəbul edilənədək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(010)-358/2016 nömrəli qətnaməsinə və 05 dekabr 2018-ci il tarixli, 2(010)- 6413/2018 nömrəli qiyabi qətnaməsinə dair icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1137/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1137/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver