Məhkəmə qərarları › İş №3(010)-1139/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1139/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1139/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X2, 03 fevral 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4HSBGH4, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 14A nömrəli evin 19 nömrəli mənzilində yaşayan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 yanvar 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri X7 Müşayət-Eskort Bölüyünün yol patrul xidməti inspektoru X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla V.S.Kərimov Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Bakı şəhəri X7 Müşayət-Eskort Bölüyünün yol patrul xidməti inspektoru X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayətini 16 avqust 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərardadı ilə X2 şikayəti geri qaytarılmışdır. 09 sentyabr 2021-ci il tarixdə X4 barəsində qəbul edilmiş 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayətini təkrarən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, V.S.Kərimovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarında isə görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X7 Müşayət-Eskort Bölüyünün yol patrul xidməti inspektoru X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar X3 30 iyun 2021-ci il tarixdə təqdim edilsə də, V.S.Kərimov həmin qərardan şikayətlə məhkəməyə birinci dəfə 16 avqust 2021-ci il tarixdə, ikinci dəfə isə 09 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. Bununla da V.S.Kərimov sözü gedən qərardan ilk dəfə qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 27 gün sonra, ikinci dəfə isə 01 ay 20 gün sonra şikayət vermişdir. Buna görə də məhkəmə hesab edir ki, V.S.Kərimov Bakı şəhəri X7 Müşayət-Eskort Bölüyünün yol patrul xidməti inspektoru X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri X7 Müşayət-Eskort Bölüyünün yol patrul xidməti inspektoru X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında 14 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət X3 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar