Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1142/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 29 nömrəli evin 54 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli, 2(010)- 170/2009 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs cəmi 25779 manat 67 qəpik məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli, 2(010)-2553/2012 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X4 məxsus “Mercedes-Benz S550” markalı ** TL *** dövlət nömrə nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 35.000 manat məbləğində pul vəsaiti borclu Şəxs tələbkar X3 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 2(103)-4032/2013 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs 11.500 ABŞ dolları məbləğində pul Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla tutularaq tələbkar X5 verilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, o, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi imkansızlıq səbəbindən yaranmış borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya hər bir icra sənədi üzrə icranı könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədlərinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, tələbin yönəldilə biləcək vəsait aşkar edilməsə də, borclunun mülkiyyətində nəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qərardadı ilə borcluya məxsus olan “QAZ 3110 121” markalı, ** MT *** dövlət qeydiyyat nişanlı və “Tofash Shahin” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 oktyabr 2017ci il tarixli qərardadı ilə borcluya məxsus “Mercedes 230” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı, “Mercedes 320” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Lakin tələbin həmin avtomobillərin üzərinə yönəldilməsi mümkün olmamışdır. Habelə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq icra sənədlərinin icrasını təmin etmək mümkün olmamış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarları bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli, 2(010)-170/2009 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs cəmi 25779 manat 67 qəpik məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli, 2(010)-2553/2012 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X4 məxsus “Mercedes- Benz S550” markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 35.000 manat məbləğində pul vəsaiti borclu Şəxs tələbkar X3 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 2(103)- 4032/2013 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs 11.500 ABŞ dolları məbləğində pul Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla tutularaq tələbkar X5 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 19 yanvar 2010-cu il tarixli, 25 sentyabr 2013-cü il tarixli və 07 may 2014-cü il tarixli qərarlardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişlərdən görünür ki, müvafiq olaraq hər üç icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 25 noyabr 2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli, 2(010)-170/2009 nömrəli, həmin Məhkəmənin 01 noyabr 2012-ci il tarixli, 2(010)-2553/2012 nömrəli və Bakı Apelyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 2(103)-4032/2013 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1142/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1142/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver