Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1147/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Cicimli Ərazi dairəsi, Qazıdərə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 24.06.2021-ci il tarixdə saat 06:00-da X3 məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü keçid, Mərkəzi küçə ünvanında yerləşən evdən kombi oğurlamış və hadisə nəticəsində X3 500 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 04.07.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, X4 DİN-nin 102-xidməti X7, ona məxsus 800 manatlıq kombi oğurlanması barədə məlumat vermişdir.Daxil olmuş məlumat ilə əlaqədar olaraq məlumatın dəqiq, tam, hərtərəfli araşdırılması məqsədilə əməliyyat qrupu üzvüləri ilə birlikdə qeyd olunan ünvan tərəfimizdən yoxlanılmış, məlumat üzrə fakt təsdiqini tapmışdır. Ərizəsi alınan zaman vətəndaş X2 DİN-nin 102-xidməti X7 verdiyi məlumatdakı xüsusatları təsdiq edərək bildirmişdir ki, 24.06.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən istilik sisteminin oğurlandığını aşkar etmiş, oğurluq hadisəsi evdə olmadıqları 7 gün ərzində baş vermişdir, baş şermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, araşdırılma zamanı müəyyən olunmuşdur ki, əməldə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsinin (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) tərkib əlamətləri olmasına baxmayaraq, dəymiş ziyanın 82 manat olmasını görə CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və digər sahibinə 100 manatdan yuxarı ziyan vurulduğu halda yaranmasını nəzərə alaraq toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. X1 məxsus əmlakı oğurlamış naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməlidir. Həmin qərara əsasən 24.06.2021-ci il tarixli 1-HK/1184 saylı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına rədd edilmişdir. Əməli törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Suraxanı RPİ-nin 31-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan 1184 nömrəli Raportdan görünür ki, 24.06.2021-ci il tarixdə saat 13:10-da “102” Xidmətindən məlumat daxil oldu ki, Y/Ramana qəsəbəsi, 3-cü keçid “Akasiya”nın yanında yaşayan X3 məxsus 800 manat dəyərində kombi oğurlanmışdır. İş materiallarında olan X2 24.06.2021-ci il tarixli Ərizəsindən görünür ki, 24.06.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən istilik sisteminin oğurlandığını aşkar etmişdir. Belə ki, oğurluq hadisəsi evdə olmadığı 7 gün ərzində baş vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğurladığı əşyaların dəyəri müxtəlif göstərilmişdir. Bununla da, məhkəmə araşdırması zamanı oğurlanmış əşyanın dəyərini, yəni X3 dəymiş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Şəxs oğurladığı kombi aparatının haradan (yaşayış sahəsindən, habelə binadan, anbardan və ya başqa saxlanc yerlərindən, yaxud da həyətdən) oğurlaması müəyyən olunmur. Göstərilən halların araşdırılmaması əməlin düzgün tövsifini istisna edir. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın”. Həmin Məcəllənin 227-ci maddəsinin qeyd hissəsinə əsasən “Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”. İnzibati xəta haqqında protokolda oğurlanan əşyaların dəyərinin və yuxarıda qeyd olunan digər halların iş materialları ilə sübuta yetirilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində inzibati məsuliyyətinin yaranması müəyyən edilə bilmir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımi qaydada icra etməmişdir. Odur ki, hazırki halda bu hallar yoxlanılmadan və həmin hallarla bağlı müvafiq məlumatlar əldə edilib məhkəməyə təqdim edilmədən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları məhkəmə natamam hesab edir və qeyd edir ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialın geri qaytarılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən «İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir». Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 13 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1147/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1147/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver