Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1148/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X2 və qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2, 04 sentyabr 1980-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1P0ZPHJ, evli, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 197/11 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 fevral 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 26 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X.Ə.Şirinov qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. X2 müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(010)-946/2021 nömrəli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 26 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X.Ə.Şirinov Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində yenə də təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. X5 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edərək göstərdi ki, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(010)-946/2021 nömrəli qərarında göstərilmiş qanun pozuntuları aradan qaldırılmadan və obyektiv araşdırma aparılmadan, heç bir sübuta əsaslanmadan yenidən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. Məhkəmənin qərarında göstərildiyi və işə əlavə etdiyi tibbi müayinənin nəticələrinə dair 20 fevral 2021-ci il tarixli, 2/2140 saylı müayinə protokolundan görünür ki, o, “Mercedes Benz 190” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən ayıq olmuşdur. Lakin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 hər hansı bir sübut olmadan onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyini əsas gətirərək barəsində qanunsuz olaraq inzibati cərimə tətbiq etmişdir. Buna görə də X5 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 20 fevral 2021-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. X.Ə.Şirinovun qeyd edilən tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi sonuncunun “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda özü tərəfindən edilmiş qeydlərdən də müəyyən olunur. Belə ki, X.Ə.Şirinov qeyd edilən protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, əməlindən peşman olduğunu, həkim müayinəsinə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. X1 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən, X5 şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsini dinləyərək, işdə olan sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı qiymətləndirərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83cü maddəsinin 3-cü bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 20 fevral 2021-ci il tarixli protokolda isə X.Ə.Şirinovun sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən yol patrul xidməti inspektoru tərəfindən, inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidlərinin iştirak etmələri barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş 20 fevral 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X.Ə.Şirinov tərəfindən törədildiyi ehtimal edilən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitə alkotesterin modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da göstərilməmişdir. Beləliklə X.Ə.Şirinovun şikayətinə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, 20 fevral 2021-ci il tarixdə yol patrul xidməti inspektoru tərəfindən X.Ə.Şirinovun sərxoşluq vəziyyətinin müayinəsi, bu kimi inzibati xəta haqqında işlər üzrə icraatın aparılmasında iştirakı məcburi olan hal şahidlərinin iştirakı təmin edilmədən, habelə son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları olmayan xüsusi texniki vasitə - alkotesterlə aparılmışdır. Bundan əlavə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olubolmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs X.Ə.Şirinovun şikayətinə əlavə etdiyi 20 fevral 2021-ci il tarixli, 2/2140 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X.Ə.Şirinov həmin günü, saat 10:45-də tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli olduğu halda 20 fevral 2021-ci il tarixdə X.Ə.Şirinovun sərxoşluq vəziyyətinin müayinəsinin hal şahidlərinin iştirakı olmadan, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları olmayan xüsusi texniki vasitə - alkotesterlə aparıldığını, habelə X.Ə.Şirinovun ayıq olmasına, onda alkoqol qəbulu əlamətlərinin müəyyən edilmədiyinə dair 20 fevral 2021-ci il tarixli, 2/2140 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunu nəzərə almadan 20 fevral 2021-ci il tarixli, 00875 nömrəli test göstəricisində X.Ə.Şirinovun qanında alkoqolun konsentrasiyasının 0.688 promilli olduğuna və sonuncunun “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldakı qeydlərinə əsaslanaraq 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, hal şahidlərinin iştirakı təmin edilmədən, yəni qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə əldə edilmiş 20 fevral 2021-ci il tarixli, 00875 nömrəli test göstəricisi və bunun nəticəsində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldakı qeydləri X.Ə.Şirinovun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə əsas hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis polkovniki X8 tərəfindən qəbul edilmiş 09 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1148/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1148/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver