Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1152/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun, Borclu İsmayılov Şəxs X1 iştirakları ilə, xx.xx.1976-cı ildə İsmayıllı rayonunun Kürdüvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan İsmayılov Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli, 2(010)- 4583/2016 saylı icra vərəqəsinə əsasən 23.02.2008-ci il təvəllüdlü İsmayıllı Vüsal Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.04.2016-cı il tarixindən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment İsmayılov Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. Borclu İsmayılov Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli, 2(010)-4583/2016 saylı icra vərəqəsinə əsasən 23.02.2008-ci il təvəllüdlü İsmayıllı Vüsal Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.04.2016-cı il tarixindən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment İsmayılov Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. Borclu İsmayılov Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentdən heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 7020 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmədə izahat vermiş borclu İsmayılov Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli, 2(010)-4583/2016 saylı icra vərəqəsinə əsasən 23.02.2008-ci il təvəllüdlü İsmayıllı Vüsal Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.04.2016-cı il tarixindən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment ondan alınaraq X3 verilməsi qət edilmişdir. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli, 2(010)-4583/2016 saylı icra vərəqəsinə əsasən 23.02.2008-ci il təvəllüdlü İsmayıllı Vüsal Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 12.04.2016-cı il tarixindən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment İsmayılov Şəxs alınaraq ona verilməsi qət edilmişdir.Hal-hazırda borclunun 7020 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. İsmayılov Şəxs ödəmədiyi üçün o, uşağının ehtiyaclarını ödəyə bilmir. Maddi durumu yaxşı deyil. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 14 sentyabr 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli, 2(010)-4583/2016 saylı icra vərəqəsinə əsasən İsmayılov Şəxs 7020 manat aliment borcu yaranmışdır. İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə İsmayılov Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İsmayılov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 14 sentyabr 2021-ci il saat 18:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1152/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1152/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver