Məhkəmə qərarları › İş №3(010)-1153/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1153/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1153/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Cicimli Ərazi dairəsi, Qazıdərə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 24.06.2021-ci il tarixdə saat 06:00-da X1 məxsus, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü keçid, Mərkəzi küçə ünvanında yerləşən evdən kombi aparatını oğurlamış və hadisə nəticəsində X1 300 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, ifadəsində bildirmişdir ki, onun pula ehtiyacı olduğu üçün 24.06.2021-ci il tarixdə səhər 06:00 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü keçid, Mərkəzi küçədə yerləşən evdə yaşayış olmadığını görüb, evin həyətinə daxil olaraq, oradan kombi aparatını oğurlamışdır. O, həmin kombini Sabunçu rayonu Rus bazarında 50 manata satmışdır. O, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. O, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməmişdir. İş materiallarında olan 04.07.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, 24.06.2021-ci il tarixli 1-HK/1184 saylı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına rədd edilmişdir. Əməli törətmiş şəxsin (şəxslərin) müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Suraxanı RPİ-nin 31-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan 24.06.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, X2 izahat verərək bildirmişdir ki, 24.06.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən istilik sisteminin oğurlandığını aşkar etmiş, oğurluq hadisəsi evdə olmadıqları 7 gün ərzində baş vermişdir, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 12.09.2021-ci il tarixli İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12.09.2021-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuş, 13.09.2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xəta törəmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 15 sentyabr 2021-ci tarixdən saat 12:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. Şəxs 12.09.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək tutulduğu müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs tənbeh növü saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 15 sentyabr 2021-ci tarixdən saat 12:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar