Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1155/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu X2 Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03.05.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və 4000 manat cərimənin silinməsinə dair iddia ərizəsi ilə bağlı işi baxılmağa hazırlayarkən, M ÜƏ Y Y Ə N E T D İ M: X3 Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin İnzibati xəta haqqında 03.05.2021-ci il tarixli EPQ ******* saylı qərarından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 06 oktyabr 2021-ci ildə, sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, X3 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və 4000 manat cərimənin silinməsi barədə ərizəsi geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X1 Məcəlləsinə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03.05.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və 4000 manat cərimənin silinməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1155/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1155/2021
06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver