Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1160/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi, barəsində X5 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair X5 materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13.09.2021-ci il tarixdə saat 10:55 radələrində idarə etdiyi “Mersedes Benz 190” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolunda hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X1 idarə etdiyi “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, lakin “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. Bu barədə Suraxanı rayon DYPŞ-nin YNH inspektoru polis kapitanı X2 tərəfindən 14.09.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli X5 protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində X5 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13.09.2021-ci il tarixdə saat 10:55 radələrində idarə etdiyi “Mersedes Benz 190” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolunda hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X3 məxsus “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır, lakin “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. Hadisə zamanı o, sərxoş olmamışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, 14.09.2021-ci il tarixli X5 protokoldan görünür ki, Şəxs 13.09.2021-ci il tarixdə saat 10:55-də Hövsan qəsəbəsi, Zığ yolu ərazisində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yol nəqliyyat hadisəsinin sxemindən müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13.09.2021-ci il tarixdə saat 10:55 radələrində idarə etdiyi “Mersedes Benz 190” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yolunda hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X1 idarə etdiyi “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı “Mersedes Benz” minik markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir. İş materiallarında olan 295167 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlildir. İş materiallarında olan 18.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Şəxs 01.02.2016-cı il tarixdən müddətsiz 592224 saylı müavinət işi üzrə 2-ci qrup əlilliyə görə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) 350 manat müharibə əlillərinin aylıq təqaüdü ödənilir. İş materiallarında olan Şəxs məxsus AD seriyalı 109568 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Şəxs minik avtomobilini idarə etmək üçün “B” kateqoriyası yoxdur. (minik nəqliyyat vasitələrini idarə etmək üçün “B” kateqoriyası olmalıdır.) Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və o 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininn 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliiyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini, İİ qrup əlil olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 143.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, ona tətbiq olunmuş cərimə cəzasının ödənilməsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 143.2-ci maddəsinin tələblərinə əsasən altı ayadək müddətə uzadılması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq olunmuş cərimənin ödənilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 143.2-ci maddəsinin tələblərinə əsasən altı ayadək müddətə uzadılsın. İş üzrə zərərçəkmiş şəxs X3 inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi ilə baglı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1160/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1160/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver