Məhkəmə qərarları › İş №3(010)-1163/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1163/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1163/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Şam bağı restoranının yaxınlığında ictimai qaydanı pozaraq, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında bildirdi ki, o, 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Şam bağı restoranının yaxınlığında ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X1 ifadəsində bildirmişdir ki, 15.09.2021-ci il tarixində xidməti ərazidə çoxsaylı oğurluq cinayətlərinin törədilməsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilərkən, Binə qəsəbəsi Şam bağı restaranın yaxınlıqında olarkan, 1 nəfər şəxs özunu şübhəli apardıqı ücün, həmin şəxsə yaxınlaşmışdır. Belə ki, son vaxtlar xidməti ərazidə baş verən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınmasından ötrü proflaktik tədbirlərin davam etdirilməsi məqsədi ilə həmin şəxsə özlərini təqdim edib, kimliyi haqında maraqlındıqda, həmin şəxs özünü təqdim etməmiş, harada yaşadığı barədə məlumat verməmişdir.Həmin şəxsi PŞ-nə dəvət etdikdə isə, əl qol ilə onu və digər polis əməkdaşlarını itələyərək onlara müqavimət göstərib həmin yerdən uzaqlaşmaq istəmişdir. Həmin şəxs o, və digər polis əməkdaşları tərəfindən 30 PŞ-nə aparılmışdır.Şöbədə həmin şəxsin 1984-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Bəşir Nəcəfov şahid X1 ilə analoji ifadə vermişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 16 sentyabr 2021-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə,həmçinin şahid ifadələri ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin, iş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan müəyyən olunur ki, Şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 19:10-da inzibati qaydada tutulmuş və 16 sentyabr 2021-ci il tarixdə saat 16:30-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs 15.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək tutulduğu müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) gün müddətində inzibati həbs tənbeh növü saxlanılsın. İnzibati həbs etmənin əvvəli 16 sentyabr 2021-ci il tarixdən, saat 17:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar