Məhkəmə qərarları › İş №3(010)-1171/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1171/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1171/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1962-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında MN ******* saylı 02 sentyabr 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(010)- 1016/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5861 manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(010)-1016/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5861 manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. Borclu hər ay tələbkara ödəniş etsə də, tələbkar borcun tam ödənilməsini istəyir. Bu səbəbdən də, şöbəyə ərizə ilə müraciət edərək, borcun tam ödənilməsini xahiş etmişdir. Borclu borcunu tam ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Belə ki, o borcundan hər ay tələbkara hissə-hissə 150 manat ödəniş edir və hazır ki, günə qədər 650 manat ödəniş etmişdir. O, hazırda N sayli Hərbi Hissədə çalışır və aylıq 325 manat əmək haqqı alır, icra məmuru isə tələbi onun əmək haqqısına yönəltmir. Bir daha qeyd edir ki, o, heç vaxt icra məmurunun qanuni tələblərindən yayınmamışdır, bacardığı qədər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmişdir və icra etmək niyyətindədir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, onunla Şəxs arasında olan borc münasibətləri uzun müddətdir ki, davam edir. Borclunun rəsmi iş yeri olsa da, o borcunu tam ödəməmiş, hissə-hissə 650 manat məbləğində ödəniş etmişdir. O, qalan borcunun tam olaraq ödənilməsini istəyir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarında Bakı şəhəri Suraxanı rayon İjra Şöbəsinin elektron portalından çıxarışdan müəyyən olunur ki, borclu Şəxs N sayli Hərbi Hissədə çalışır və aylıq 325 manat əmək haqqı alır. İjra haqqında Azərbayjan Respublikasının Qanununun 43-jü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borjlunun əmək haqqı İjra haqqında Azərbayjan Respublikasının Qanununun 68-ji maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, ijra məmuru tərəfindən tələb borjlunun əmək haqqına yönəldilməmişdir. Belə olan halda, borjlunun İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs icra sənədinin icrasından yayınmır, işin məhkəmə baxışanadək tələbkara olan borcundan 650 manat ödəniş etmiş, X2na qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar