Məhkəmə qərarları › İş №3(010)-1172/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1172/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1172/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haşımova(Hüseynova) Nailə Raqif qızının, X1 iştirakı ilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, işləməyən, ünvan 1ənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan Haşımova(Hüseynova) Nailə Raqif qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən,Suraxanı Rayon Məhkəməsinin 2(010)-1993/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehhlər X13, X8, X14 və X9 onların yetkinlik yaşına çatmayan ailə üzvləri - X10 və X7 ilə birlikdə iddiaçı Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rü:ə: Abdullayev küçəsi 3 saylı evin 45 saylı mənzilindən çıxarılması, cavabdehlərin Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 3 saylı evin 45 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab olunması və mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməsi, cavabdehlər X6, X4, X2 və X3 ödənilmiş 10 (on) dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.Borclu icra sənədini icra etmədiyinə görə onun barəsində lazımı tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmədə izahat verən Haşımova(Hüseynova) Nailə Raqif qızı göstərmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmır,evdə xəstə qızı var,yataq xəstəsidir,getməyə yeri yoxdur. Məhkəmə tərəfindən verilmiş vaxt ərzindədə icra sənədini icra edərək mübahisəli evi tərk etmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev izahatında göstərmişdir ki, xx.xx.2015-ci ıl tarixdə şöbənin icraatına daxil olmuş, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1993/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə xx.xx.1971 -ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 3,mənzil 45 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycanlı, evli, əlilliyi olmayan, işləməyən borclu X11 Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, 3 saylı evin 45 saylı mənzilində yaşayan X13, X12. X9, onların yetkinlik yaşına çatmayan ailə üzvləri -X10 və X7 ilə birlikdə adı çəkilən mənzildən çıxarılaraq mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Borclulardan 10 manat dövlət rüsumu alınaraq tələbkarın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş borcluların qeydiyyatda olduğu ünvana göndərilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra borclular tərəfindən Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti vermişlər. Verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-533/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlamımışdır. İcra sənədinin icrası ilə əlaqədar 19.01,2016-cı il tarixdə borcluların mənzildən çıxarılması üçün məcburi icra tədbiri təyin edilmiş, lakin borclular məhkəmə qətnaməsini kasassiya qaydasında mübahisələndirdiyindən icra tədbiri təxrə salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkü Kollegyasının 2(102)-8492/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən borcluların kasassiya şikayəti təmin edilməmişdir. Borclular tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən 23.01,2020-ci il tarixdə onların ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra da, tələb təmin edilmədiyindən 11,03.2020-ci il tarixə məcburi icra tədbiri təyin edilmişdir. İcra tədbiri zamanı tələbkar icra yerində iştirak etmədiyindən icra tədbiri təxirə salınmışdır. İcra sənədi üzrə tələb borclular tərəfindən təmin edilmədiyindən xx.xx.2020-ci il tarixdə təkrarən məcburi icra tədbiri təyin edilmişdir, icra tədbiri zamanı borclu Haşımova (Hüseynova ) Nailə Raqif qızı mənzili xx.xx.2020-cı il tarixə qədər könüllü olaraq boşaldılması öhdəliyini üzərinə götürsə də, xx.xx.2020-ci il tarixə qədər mənzil boşaldılmamışdır. İcra sənədi üzrə tələbkar xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin icrası təmin edilmədiyindən borcluları məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir. Bununla əlaqədar borclu Haşımova (Hüseynova ) Nailə Raqif qızı xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında evində xəstə yaşlı anasının və xəstə az yaşlı uşağının olduğunu əsas gətirərək evə boşalda bilməyəcəyini bildrmişdir. Borclu həmçinin izahatında icra sənədinin xx.xx.2020-ci il tarixə qədər icra etməməsinin səbəbini tələbkarla qarşılıqlı razılığa gəlməsi və bu səbəbdən evdə qaldıqları müddətdə tələbkarın xeyrinə hər ay ödəniş etməsi ilə əsasladırmış.lakin bununla əlaqədar heç bir rəsmi sənəd təqdim etməmişdir.Borclu bu günədək icra sənədini icra etmədiyinə görə, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Məhkəmə tərəfindən verilmiş vaxt ərzində icra sənədinin borclu tərəfindən icra edildiyini bildirərək bu barədə aktın surətini təqdim etdi. İş üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında icra məmuru Vüsal Əliyev tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1993/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclular tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Abdullayev küçəsi 3 saylı evin 45 saylı mənzil boşaldılaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Haşımova(Hüseynova) Nailə Raqif qızı tərəfindən icra sənədi icra edildiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də inzibatı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq,məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Haşımova(Hüseynova) Nailə Raqif qızı barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar