Məhkəmə qərarları › İş №3(010)-1174/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1174/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1174/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, pensiyaçı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 21 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 11 sentyabr 2020-ci ildə verilmiş 29 noyabr 20109-cu il tarixli 2(103)-13636/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs 343.430 manat alınaraq Hasan Dölekə ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi icraatına daxil olduqdan sonra 15 sentyabr 2020-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərar, həmçinin tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin borclunun faktik yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən 23 avqust 2021-ci ildə «borclunun axtarışı haqqında» qərar qəbul edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Ötən dövrdə borclu tələbkarın xeyrinə heç bir ödəniş etməyib. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, 343.430 manat miqdarında pul borcunu bu günədək üzrlü səbəb olmadan ödəməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirdiklərindən görünür ki, o, tələbkara pul borcunun olması faktı ilə razılaşmır, borclu ilə mülki mübahisələrinə birinci, apelyasiya və kasasiya instansiya məhkəmələrində baxıldıqdan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edib. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğini üzrsüz səbəbdən ödəməmişdir. İş üzrə yekun qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin verildiyi vaxtdan bir ildən çox vaxt keçdiyinə baxmayaraq borcundan heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağı var. O, həmçinin ağır xəstəlikdən əziyyət çəkdiyini (əlilliyi müəyyən edilməyib) və bununla bağlı pensiya aldığını bildirir. Məhkəmə göstərilənləri iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 21 sentyabr 2021-ci il tarixindən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar