Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1181/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X14 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə İsmayıllı rayonu, Lahıc qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonu, Lahıc qəsəbə Ə/D, Lahıc qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 05 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 protokolu onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş xx.xx.2022-ci il tarixli e-2(010)- 2719/2022 nömrəli icra vərəqəsinə əsasən iş üzrə qəbul edilmiş Suraxanı Rayon Məhkəməsinin e-MTT(010)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 xx.xx.2022ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə hər ay hər uşağa görə 193 ( yüz doxsan üç ) manat olmaqla cəmi 386 ( üç yüz səksən altı ) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixdə borclu izahat vermişdir ki, digər borcları olduğu üçün ödəniş edə bilmir. Həmin vaxt borclunun 3088 manat borcu olmuş, lakin heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə borclu axtarışa verilmişdir. Sonra şəxs yaşayış yeri haqqında arayış təqdim etmiş və icra sənədi aidiyyəti üzrə Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra şəxslə əlaqə saxlamaq mümkün olmamışdır. Tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, 11966 manat borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2025-ci ildə borclu barəsində axtarış verilərək İsmayıllı RPŞ-nə göndərilmişdir. Borclu polis tərəfindən şöbəyə gətirilmişdir və bu zaman izahatı alınmışdır. Hazırda mövcud olan borcundan ödəniş etməsi təklif olunsa da, heç nə ödəyə bilmədiyini bildirmiş, işsiz olduğunu, həftədə 80-100 manat arası ödəniş edə biləcəyini qeyd etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, indiyə kimi ödəniş etmiş, son iki ay ərzində xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Minimum 200-300 manat ödəniş etmişdir. Tələbkar onun ödəniş etdiyini danır, bu vaxtadək ümumi borcdan təxmini 3500 manat ödəniş etmişdir, lakin buna dair rəsmi sübutu yoxdur. O, bütün ödənişləri əlbəəl etdiyini bildirmişdir. O, 2 ilə yaxındır uşağı görmür, çünki onları göstərmirlər, qarşı tərəflə əlaqəsi yoxdur, ödəniş etdiyi məbləği də atası ilə göndərir. Hazırda səhhətini nəzərə alaraq, yüngül tənbeh növünün tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhər İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” bildiriş borclu Şəxs ünvanına rəsmi qaydada göndərilmişdir. İş materiallarında olan İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmiş izahatdan görünür ki, borclu Şəxs rəsmi və qeyri-rəsmi borclarının olmasını, bu günədək icra sənədi üzrə ödəniş etmədiyini və rəsmi borcları bitdikdən sonra bacardığı qədər bir neçə ay ərzində ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixində İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru Aqil Məmmədov tərəfindən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-2719/2022 nömrəli sənədi icra olunması üçün Bakı şəhər Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan 2381 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, borclu Şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar X6 borclu Şəxs 11966 manat aliment borcunu ödəmədiyinə görə məcburi icra tədbiri aparılaraq məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Suraxanı rayon İcra şöbəsi tərəfindən İsmayıllı RPŞ-dən zərurət aradan qalxdığından borclu Şəxs barəsində açılmış axtarış işinin icraatına xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-2719/2022 nömrəli icra sənədi üzrə indiyə qədər heç bir ödəniş etmədiyini bildirmiş, aliment borcunun 12.700 manat təşkil etdiyini bildirmiş və həftədə 80-100 manat ödəyə biləcəyini qeyd etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 05 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 2719/2022 nömrəli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmiş və hazırda 12738 manat aliment borcu yaranmışdır. Qərar barədə rəsmi məlumatı olsa da, bu günə qədər aliment borcundan heç bir ödəniş etməmiş, borclunu tapmaq mümkün olmadığı səbəbdən barəsində axtarış qərarı qəbul olunmuş və polis tərəfindən xx.xx.2025-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-1181/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1181/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver