Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-119/2021 25.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, xx.xx.2021-ci il tarixdə saat 08:55-də yaşayış yerini tərk etməsi üçün 8103 qısa nömrəsinə öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göndərmiş, lakin onun görmə qabiliyyəti zəif olduğundan şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin sonuncu rəqəmini səhv qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə saat 09:10-da onun mobil telefonuna 8103 nömrəsindən yaşayış yerini tərk etməsi üçün müvafiq SMS icazə gəlmişdir. Bu zaman o, icazə alanda texniki səhvə yol verdiyini görmüş və SMS icazənin onun səhvən qeyd etdiyi şəxsiyyət vəsiqəsi üçün verildiyini görmüşdür. O, həmin gün yəni, xx xxxxxx 2021-ci il tarixdə saat 09:35-də yenidən yaşayış yerini tərk etməsi üçün 8103 qısa nömrəsinə öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göndərmişdir. Ona yaşayış yerini tərk etməsi üçün müvafiq icazə cavab 8103 qısa nömrəsindən xx xxxxxx 2021-ci il tarixdə saat 09:50-də gəlmişdir. Lakin o, Suraxanı rayon DYPŞ Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən saxlanılaraq yaşayış yerini tərk etməsi üçün müvafiq icazəsinin olubolmamasını yoxlamışdır. O, görmə qabiliyyətinin zəif olduğunu və SMS icazə alarkən texniki səhvə yol verdiyi qeyd etsə də, polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, “SMS-məlumatda” sözlərindən sonra “və ya E- Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 310 nömrəli qərarı ilə koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 359 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 02 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2020-ci il tarixli 427 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 01 dekabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə xx xxxxxx 2020ci il tarixli 450 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışBu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri yəni, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2021-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin müavafiq qərarlarına əsasən X1, yəni xx.xx.2021-ci il tarixdə Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» ilə mümkün olmuşdur. Yəni, Azərbaycan Respublikası ərazisində yaşayan hər bir vətəndaş Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» ilə tərk etməli idi. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 08:55-də yaşayış yerini tərk etməsi üçün 8103 qısa nömrəsinə öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göndərmiş, lakin onun görmə qabiliyyəti zəif olduğundan şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin sonuncu rəqəmini səhv qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə saat 09:10-da onun mobil telefonuna 8103 nömrəsindən yaşayış yerini tərk etməsi üçün müvafiq SMS icazə gəlmişdir. O, yenidən, xx xxxxxx 2021-ci il tarixdə saat 09:35-də yaşayış yerini tərk etməsi üçün 8103 qısa nömrəsinə öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göndərmişdir. Ona yaşayış yerini tərk etməsi üçün müvafiq icazə cavab 8103 qısa nömrəsindən xx xxxxxx 2021-ci il tarixdə saat 09:50-də gəlmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, vətəndaşların müvafiq icazəni almadan yaşayış yerini tərk etməsi qadağan olunmuşdur. Beləliklə, X2 elə özü tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, onun barəsində inzibati xəta haqqında qərar tərtib edildiyi vaxt (xx.xx.2021-ci ildə saat 09.32də) yaşayış yerini tərk etmək icazəsi olmamışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon DYPŞ Yol Patrul xidmətinin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-119/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-119/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver