Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1190/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X14 nümayəndəsi X7, Barəsində X13 iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı şəhər DYPİ-nin X13 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsinin Dövlət X14 xx.xx.2020-cu il tarixli - TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti ərizəsini müdafiə edərək izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixində özünə məxsus olan X17 markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, Bakı şəhər Polis İdarəsinin Dövlət X14 Müşayət- Eskort bölüyü YPX baş inspektoru polis mayoru X12 tərəfindən saxlanılmışdır. Saxlanılan zaman onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi, yol hərəkət qaydasının pozulduğu bildirilmişdir. DYP əməkdaşı ona bildirmişdir ki, guya o, yol nişanlanma xəttini tapdalamışdır. O, belə halın olmadığını və əgər belə hal varsa, qanunun tələbinə əsasən, bu halın mövcudluğunun videomüşahidə kamerasında göstərməyini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qanun DYP əməkdaşından hərəkətdə olan zaman videomüşahidə kamerasını qoşulu saxlamasını tələb edir və bu xahişi qanunidir. Cavabında isə DYP əməkdaşı ona “Nə müşahidə kamerası salmısan, sənə dedim ki, gözümlə görmüşəm”kimi qeyri-professional cavabla sözünü kəsmiş və protokol tərtib etəcəyini bildirmişdir. Nəticə etibarilə xx.xx.2020-ci il tarixli - İPX ******* saylı X13 protokol qəbul edilmişdir. Qeyd edilən protokolun ləğv edilməsi ilə bağlı protolokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsinin Dövlət X16 şikayət ünvanlayaraq, barəsində tərtib edilmiş protokolun ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin şikayəti təmin edilməmiş və 21,09.2020-ci il tarixində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar ona xx.xx.2020-ci il tarixində DİN-nin DYP Web Portalından çıxarılaraq rəsmi təqdim edilmişdir. Qeyd edilən qərarla razı deyil və həmin qərarın ləğv edilməsini xahiş edir. X13 protokolun və qərarın çıxarılmasına gəldikdə isə bildirir ki, yol hərəkət iştirakçısının hansısa pozuntunun müəyyən edilməsini sübut edəcək- video müşahidə kamerasıdır, dövlət yol polisi əməkdaşının vizual olaraq bunu görməsi deyil. Nəzərə almaq lazımdır ki, dövlət yol polisi əməkdaşı da fiziki cəhətdən yorula bilər, hansısa hal nəzərindən qaça bilər. Yekun olaraq o da insan fərdidir. Məhz bu cür hallar nəzərə alınaraq dövlət yol polisinin istifadəsində olan avtomobillər 360 dərəcəlik videomüşahidə kameraları ilə təhciz edilib. Eyni zamanda Yol-Patrul Xidməti Haqqında Təlimata əsasən, Patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış video kamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.Yəni dövlət yol polisi əməkdaşının çıxardığı protokol videomüşahidə kamerasına əsaslanaraq deyil, dövlət yol polisi əməkdaşının vizual baxışı əsasına əsaslanaraq çıxarılıb. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Polis İdarəsinin Dövlət X14 xx.xx.2020-cu il tarixli - TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət X14 nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, X3 şikayəti əsassızdır. Belə ki, X5 xx.xx.2020-ci il tarixdə saat 15:44-də “Toyota Land-Cruıser” minik markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Araz küçəsi ilə H.Əliyev prospektinin kəsişməsi əlavə yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, X6 barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X13 protokol tərtib olunmuşdur. Şikayətlə bağlı bildirmək istəyir ki, patrul maşınında iki polis əməkdaşı olur ki, həmin polis əməkdaşlarının hər ikisinə eyni səlahiyyətlər verilir. Bundan başqa, sürücülərin qaydanı pozub cərimədən yayınmaq imkanları hazırda demək olar ki sıfıra enmişdir. Çünki ''ipatrul'' sistemi tətbiq edilmişdir. Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemində məqsəd yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitələrini operativ şəkildə müəyyən etməkdir. Patrul avtomobillərində kameralar vardır, bu kameranın vasitəsi ilə sağ-sol yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda çarpaz quraşdırılmış kameralar nəqliyyat vasitələrinin dövlət nömrə nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə, baza məlumatlarını üzə çıxardır. Yol hərəkəti qaydasını pozan hərəkətli və ya hərəkətsiz avtomobillər bu i-patrul vasitəsi ilə aşkar edilir. Həmin informasiya yol patrul avtomobilindəki bort-kompyuterə ötürülür və bundan sonra həmin sürücü barəsində elektron protokol tərtib edilir. Həmin sistem eyni anda qayda pozan bir neçə avtomobili çəkib elektron protokol tərtib edə bilir. Sistemə quraşdırılmış kameralar 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır. Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən, həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək. Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Yol-patrul avtomaşının, yəni ''İ-patrul'' sisteminin müşahidəsindən kənarda inzibati hüquqpozma müəyyən edildikdə və bu hüquqpozma inspektor tərəfindən vizual şəkildə, bilavasitə olaraq müşahidə edildikdə də buna dair müvafiq protokol tərtib edilir ki, bu da qanunverijilikdə bilavasitə nəzərdə tutulmuşdur. Yəni, ''İ-patrul'' sisteminin tətbiqi inspektor tərəfindən inzibati xətanı bilavasitə müəyyən etmək hüququndan və vəzifəsindən mərhum etmir, bu sistemin tətbiqi inzibati xətanın törədildiyini müəyyən etmək üçün əlavə texniki vasitədir. X5 tərəfindən törədilmiş inzibati hüquqpozma da Yolpatrul avtomaşının, ''İ-patrul'' sisteminin müşahidəsindən kənarda, inspektor tərəfindən vizual şəkildə, bilavasitə olaraq müəyyən edilmişdir və buna dair də müvafiq protokol tərtib edilmişdir. X3 İdarəyə ünvanladığı şikayəti araşdırılarkən, inzibati xətanın törədildiyi yerin ərazisində yerləşən iaşə obyektinin üzərində quraşdırılmış kameranın videogörüntüləri əldə edilmiş və şikayətçiyə təqdim edilmişdir. Videogörüntüdən aydın şəkildə görünür ki, xx.xx.2020-ci il tarixində ağ rəngli “Toyota Land-Cruıser” minik markalı avtomaşın protokolun tərtib edildiyi ərazidə, saat 15:25-də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədir, bundan bir neçə dəqiqə sonra, yəni 15:44-də isə X13 protokol tərtib edilmişdir. Buna javab olaraq, X6 bildirmişdir ki, videogörüntüdən avtomaşının dövlət nömrəsi müəyyən olunmur, bu onun avtomaşını deyildir. Şikayətçiyə sual verilmişdir ki, «sizə təqdim olunan videogörüntüdə avtomaşının xəttin tələbini pozduğunu görürsünüzmü», javabında şikayətçi göstərmişdir ki, ona təqdim olunan görüntü şübhəli olduğundan, ehtimal ola bilər ki, görüntüdəki avtomaşının önündə maneə ola bilər, onun tərəfindən qaydanın pozulması tam real deyildir. Halbuki, videogörüntüdən ağ rəngli “Toyota Land-Cruıser” minik markalı avtomaşının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə aydın şəkildə müşahidə olunur, şikayətçi sualı belə javablandırarkən, məsuliyyətdən yayınmaq məqsədini güdmüşdür. Qeyd etmək istəyir ki, İXM-nin tələblərinə əsasən inzibati hüquqpozma inspektor tərəfindən bilavasitə, vizual aşkar edilə bilər. Hesab edir ki, E.Məmmədovun şikayətinin heç bir əsası yoxdur. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı X13 Protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 15:44-də “Toyota Land-Cruıser” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020- ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 15:44-də “Toyota Land-Cruıser” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Araz küçəsi ilə H.Əliyev prospektinin kəsişməsi əlavə yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:44-də “Toyota Land-Cruıser” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Araz küçəsi ilə H.Əliyev prospektinin kəsişməsi əlavə yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur.Qeyd olunan qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə qeydə alınmış, həmin nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən saxlanılmış və sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X13 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X13 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X13 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xətanın bilavasitə, vizual şəkildə müşahidə edərək, buna dair müvafiq protokolun tərtib edilməsində heç bir qanun pozuntusu yoxdur, qanun buna yol verir və bu hala istinad edilərək inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Bundan başqa, məhkəməyə təqdim olunmuş videogörüntüdən aydın şəkildə görünür ki, xx.xx.2020-ci il tarixində ağ rəngli “Toyota Land-Cruıser” minik markalı avtomaşın protokolun tərtib edildiyi ərazidə, saat 15:25-də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədir, bundan bir neçə dəqiqə sonra, yəni 15:44-də isə hazırki iş üzrə X13 protokol tərtib edilmişdir.Göstərilən hallar da dolayısı yolla hazırki iş üzrə protokolda əks olunmuş faktın mövjudluğunu bir daha təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 əməli düzgün olaraq Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X13 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1190/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1190/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver