Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1192/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X7 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru: X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: X1 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də əczaçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xataya dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 protokolu onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1417/2024 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1417/2024 saylı qətnaməsi əsasında cavabdeh Şəxs 25000 manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 172.06 manat və müdafiəçiyə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Bununla bağlı “tələbin könüllü icrası haqqında” bildiriş borclu Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu izahat verərək bildirmişdir ki, borcu hissə-hissə ödəyə bilir. Ancaq bundan sonra yenə də heç bir ödəniş olmamışdır. Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-4759/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin yenə heç bir ödənişin olunmadığınl nəzərə alaraq, protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, məhkəmə qərarından sonra da heç bir ödəniş etməmişdir. Hal-hazırda ciddi problemləri vardır. Borcunun yönəldilməsi üçün adına qeydiyyatlı olan heç bir əmlakı yoxdur, borcunu yalnız hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən inzibati qaydada cərimə edilməsini xahiş etdi. Məhkəmədə izahat vermiş tələbkar X3 bildirdi ki, borclu indiyə kimi heç bir ödəniş etməmiş, müxtəlif yalanlar söyləmiş, onu yubatmış, ancaq heç bir ödəniş etməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1417/2024 nömrəli icra vərəqəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1417/2024 saylı qətnaməsi əsasında cavabdeh Şəxs 25000 manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 172.06 manat və müdafiəçiyə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X6 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1417/2024 saylı icra sənədi üzrə icraata başlanılmasını qərara almışdır. Bununla bağlı “tələbin könüllü icrası haqqında” bildiriş borclu Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhəməsinə müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs bildirmişdir ki, imkanı olmadığı üçün ödənişi edə bilməmişdir, indi isə işə başlamışdır ki, ödəniş edə bilsin. Hissə-hissə ödəniş edə bilər, bununla da qarşı tərəf razılaşmır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-4759/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs bildirmişdir ki, hal-hazırda heç bir vəsait ödəyə bilmir və 300 manat əmək haqqı alır, borcu ödəmədiyi halda əvvəlcə inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb olunacağını bilir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1417/2024 saylı icra sənədi borclu Şəxs tərəfindən hər hansı bir üzrlü səbəb göstərilmədən ödənilməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi, onun inzibati xətaya görə inzibati tənbeh almış şəxs kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-1192/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1192/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver