Məhkəmə qərarları › İş №3(010)-1193/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1193/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1193/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X3, 15 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1C9USML, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 26 nömrəli evin 85 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 17 avqust 2021-ci il tarixdə, saat 16:18-də Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı X1 qəbul etdiyi 10 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində qərar çıxarılmış X5, Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə 22 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında işlər üzrə qərarlardan verilən şikayətlərin aidiyyəti barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işlər üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici inzibati xəta haqqında işin baxılma yeri kimi əsas meyar olaraq xətanın törədildiyi yeri müəyyənləşdirmişdir.” Barəsində qərar çıxarılmış X3 şikayətindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, inzibati xəta Bakı şəhəri, H.Əliyev prospektində Asan Xidmətin yanında, yəni Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində törədilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində qərar çıxarılmış X5 şikayətinə yaşadığı yer üzrə baxılmasına dair hər hansı bir vəsatət əlavə etməmiş və ya sonradan belə bir vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 şikayəti və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin polis kapitanı Arzumanlı Arzuman oğlu tərəfindən qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar