Məhkəmə qərarları › İş №3(010)-1193/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1193/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1193/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə vəsatətlə müraciət edərək inzibati tənbeh olunmasına dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət vermiş şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilmədiyindən vəsatət təmin edilməməlidir. Belə ki, şikayətçi ərizədə və məhkəmə iclasında xx.xx.2024-cü il tarixli qərarın ona rəsmi qaydada verildiyi tarixi göstərməmiş, bu barədə sənəd əlavə etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət inzibati tənbeh vermə haqqında qərardan şikayət qanunla nəzərdə tutulan 20 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, X2 Bakı şəhəri Baş Polis İdarəsinin X5 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə qanunla müəyyən edilmiş müddətdə təqdim etməmiş, həmçinin məhkəmədə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, X2 tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X1, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: X1, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23971466 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar