Məhkəmə qərarları › İş №3(010)-1194/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1194/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1194/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X3, 06 may 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2842YY6, subay, Bakı şəhəri, Suraxanı rayonu, T.Bağırov küçəsi, Dalan 3, 16B nömrəli evdə qeydiyyatda olan və yaşayan, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: 22 sentyabr 2021-ci il tarixdə X5 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan isə müəyyən olunur ki, mübahisələndirilən həmin qərarlar X3 barəsində deyil, X1 barəsində tərtib edilmişdir. Göründüyü kimi X1 barəsində tərtib edilmiş 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan X5 tərəfindən şikayət verilmiş, lakin şikayətə sonuncunun, barəsində elektron qərarlar çıxarılmış fiziki şəxs X2 təmsil etmək hüququnun olmasına dair hər hansı bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X3 18 oktyabr 2020ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində qəbul edilmiş 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 18 oktyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 22 noyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 27 dekabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayət X4 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar