Məhkəmə qərarları › İş №3(010)-1197/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1197/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1197/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X7 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: X2 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xataya dair 06 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 protokolu onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə Şəxs X2 xeyrinə 4248 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə onun tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Borclu Şəxs ödənişdən yayındığı üçün xx.xx.2022-ci il tarixdə “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Borclu gətirildikdən sonra ona qətnamənin mahiyyəti izah edilmiş və razılığıa gəlinmişdir ki, ayda müəyyən qədər ödəniş edilsin. Bir müddət ödəniş etdikdən sonra borclu yenidən ödənişlərdən yayındı və yenidən axtarışa verildi. İndi isə şəxs özü də gətirilmişdir. Buna görə də göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirdi ki, borc nağd formada deyil, alver nəticəsində yaranmışdır. Digər şəxslə aralarında VÖEN ilə müqavilə bağlanmış və sement alqı-satqısı olmuşdur. Əvvəl müəyyən qədər ödəniş etsə də, sonradan ödəniş edə bilməmişdir. İnzibati tənbeh kimi cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat vermiş tələbkar X5 bildirdi ki, borclu ondan sement almışdır, yaranan borc da ona görədir. İcra vərəqəsinə əsasən şəxs 750 manat ödəmişdir. Ödənişdən yayındıqdan sonra razılığa gəlinmişdir ki, aylara bölünərək ödəniş etsin və borclu bundan da yayınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş xx.xx.2022-ci il tarixli, 2(010)-1205/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4248 (dörd min iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1205/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bununla bağlı borclu Şəxs rəsmi qaydada “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, cavabdeh Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərardan görünür ki, cavabdeh Şəxs məxsus “VAZ 21074” markalı, **-XF-*** dövlət nömrə nişanlı avtomobilin axtarışı elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borclu Şəxs bildirmişdir ki, 300 manat ödəyir və bundan sonra hər ay 150-200 manat ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, cavabdeh Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs bildirmişdir ki, indiyə kimi borcundan 1000 manat ödəmişdir və uzun müddət yataq xəstəsi olduğu üçün borcun qalanını ödəyə bilməmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 06 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, icra sənədinə əsasən borclu Şəxs 4311 manat məbləğində pul tutularaq X4 verilməlidir, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar