Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1199/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Maqsudovun, Borclu Şəxs, X1 iştirakı ilə, xx.xx.1990-ci ildə Gürcüstan Respublikası,Faxralı kəndində anadan olmuş, Gürcüstan Respublikasnın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs lyas oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6005/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 8000 manat və 30 manat dövlət rüsumu tutularaq X3 verilməsi qət olunmuşdur. Borclu borcundan heç bir ödəniş etmədiyinə görə onun barəsində lazımı tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmədə izahat verən Şəxs göstərmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu pulunun olmadığına görə ödəyə bilməmişdir.. Beləliklə, borcu ödəməməsinin səbəbi maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat verən tələbkar X4 göstərmişdir ki Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6005/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxslyas oğlundan 8000 manat və 30 manat dövlət rüsumu tutularaq ona verilməsi qət olunmuşdur.. Borclu Şəxs hal-hazırki vaxtadək heç bir ödəniş etməmişdir və qeyd olunan borcu ödəmək fikrində olmadığını bildirmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Maqsudov izahatında göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6005/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 8000 manat və 30 manat dövlət rüsumu tutularaq X3 verilməsi qət olunmuşdur.. Həmin icra vərəqəsi üzrə icraata başlanılmışdır və bu barədə qərar və bildirişlər borcluya təqdim olunaraq onun izahatı alınmışdır və qərarın üzürsüz səbəbdən icra etməyəcəyi təqdirdə inzibatı və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmuşdur. İcra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borclu borcundan heç bir ödəniş etməmişdir. Borcluya dəfələrlə borcunun ödənilməsi tələb olunsa da, borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Borclu bu günədək borcundan heç bir ödəniş etmədiyinə görə, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-cı il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 6005/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxslyas oğlundan 8000 manat və 30 manat dövlət rüsumu tutularaq X3 verilməsi qət olunmuşdur.. Borclu borcundan heç bir ödəniş etmədiyinə görə onun barəsində lazımı tədbir görülməsi xahiş olunmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxslyas oğluna cəza təyin edərkən onun ilk dəfə olaraq inzibati xəta törətdiyini nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 12-13, 31, 32-33, 40, 48- 50, 106-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. MSədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1199/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1199/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver