Məhkəmə qərarları › İş №3(010)-12/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-12/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-12/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 14 iyul 2022-ci il tarixdə, saat 05:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsində etibarnamə üzrə idarə etdiyi “ Toyota Prius " markalı **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə döngəli yolda öz zolağında dönmə əməliyyatı düzgün seçmədən dönərkən həmin yolda qarşı-qarşıya əks zolağda hərəkətdə olan X1 idarə etdiyi “KİA Soul" markalı **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtmobilinin hərəkətdə olduğu zolağa daxil olmuş və həmin an avtomobilinin sol qabaq yan tərəfi həmin “KİA Soul" markalı **-GS-*** dövlət qeydiyyat nişanlı minik avtmobilin sol yan tərəfinə çırpılmışdır. Nəticədə “KİA Soul” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 qapalı kəllə beyin travması ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, sol saidin sıynqları, sağ mil-bilək oynağı nahiyəsinin əzilməsi kimi yüngül bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İş üzrə zərərçəkmiş şəxs X3 16 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırda Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi 14 iyul 2022-ci il tarixdə baş vermiş, 16 avqust 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 polis kapitanı X4 25 avqust 2022-ci il tarixdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında protokol tərtib etmiş və 12 noyabr 2022-ci il tarixli məktubla həmin protokol və ona əlavə edilmiş materiallar Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında materiallar 16 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin Şəxs barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi gündən 04 ay 02 gündən sonra Bakı şəhəri Suraxanı rayon məhkəməsinə daxil olmuş, bununla da Şəxs barəsində inzibati xəta haqqında materiallar məhkəməyə daxil olduğu zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddətindən 01 ay 02 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar