Məhkəmə qərarları › İş №3(010)-120/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-120/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-120/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Suraxanı rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, fiziki şəxsin vergi uçotu haqqında ********** saylı qeydiyyat şəhadətnaməsinə əsasən fərdi sahibkar kimi fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi şirniyyat dükanında çörək, un və qənnadı məmulatlarının pərakəndə satışı ilə məşğul olur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx xxxxxx 2020-ci il saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildiyinə görə elektron imzadan istifadə etməklə “icaze.e-gov.az” portalında qeydiyyata alınmış və ona 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək icazə verilmişdir. xx.xx.2021-ci ildə hərəkətdə olarkən Suraxanı rayon DYPŞ əməkdaşları tərəfindən saxlanılmışdır. Müvafiq yoxlama zamanı müəyyən edilmişdir ki, vaxtilə aldığı icazə “icaze.e-gov.az” portalında mövcud deyil. Eyni məsələni yenidən özü yoxlamış və görmüşdür ki, müvafiq icazəsi portaldan silinib (bu səbəbdən sonradan müraciət edərək yenidən həmin portal vasitəsilə icazə almalı olub). Polis əməkdaşlarına icazə aldığını sübut etməyə çalışmış, lakin polis əməkdaşları müvafiq icazənin həmin an üçün portalda olmadığını əsas gətirərək barəsində inzibati xəta haqqında qərar qəbul etmişlər. Bildirir ki, əvvəl aldığı icazənin ləğv edilməsi və ya silinməsindən, həmçinin bunun hansı səbəbdən baş verməsindən məlumatı olmayıb. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon DYPŞ-nin yol patrul xidməti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı rayon DYPŞ-nin yol patrul xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyib, işin faktik hallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Əvvəla, X2 elə özü bildirir ki, yoxlama anında onun icazəli olduğuna dair “icaze.egov.az” portalında məlumat olmayıb. Bununla yanaşı, X2 məhkəməyə də müvafiq icazəni aldığına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğvi ilə bağlı X2şikayəti təmin edilməsin. Suraxanı rayon DYPŞ-nin Yol patrul xidmətinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar