Məhkəmə qərarları › İş №3(010)-1201/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1201/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1201/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 X1nın iştirakı ilə xx xxxx 1983-cü ildə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi 23 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 2(010)-1421/2021 nömrəli icra vərəqəsinə əsasən Şəxs 21 yanvar 2021-ci il tarixindən hesablanmaqla 29 yanvar 2013cü il təvəllüdlü X6 və 07 sentyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Borclunun qeydiyyatda olduğu ünvana qərar və bildiriş göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmışdır. İcra məmuru həmçinin qeyd edir ki Şəxs ötən dövrdə 1.060 manat miqdarında aliment ödəyib. Onun bu gün üçün ödənilməmiş aliment borcu isə 1.660 manat təşkil edir. İcra məmuru göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, imkanı çatan dərəcədə aliment ödəyir. Belə ki, icra sənədinin verildiyi barədə 08 iyul 2021-ci ildə məlumat aldıqdan sonra aliment ödənişinə başlamış və həmin vaxtdan etibarən 1.060 manat miqdarında aliment ödəmişdir. Qalan 1.660 manat miqdarında aliment borcu isə əsas etibarilə 21 yanvar 2021-ci il tarixindən 08 iyul 2021-ci il tarixinədək olan dövrə aiddir. Çalışacaq ki, məhkəmənin müəyyən etdiyi aylıq aliment miqdarından daha artıq miqdarda ödəniş edib borcunu tam olaraq bağlasın. Əməlindən peşmandır. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclu həqiqətən də müəyyən qədər aliment ödəyib. Lakin onun ödənişləri lazımi qaydada olmamış, o cümlədən alimenti məhkəmənin müəyyən etdiyindən daha az miqdarda etmiş, bəzi aylarda isə ümumiyyətlə ödəniş etməmişdir. Tələbi bundan ibarətdir ki, borclu alimenti vaxtlı-vaxtında və məhkəmə tərəfindən müəyyən olunmuş miqdarda ödəsin. Borclu barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən tam ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar