Məhkəmə qərarları › İş №3(010)-1202/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1202/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1202/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu,Saybalı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu,Bağbanlar kəndində qeydiyyatda olan,Bakı şəhəri,Suraxanı rayonu,Hövsan qəsəbəsi,Ş.Ziyadov küçəsi nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-cimaddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bu zaman polis əməkdaşları onu saxlamış və Polis şöbəsinə gətirərək, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. İlk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxsnın həmin inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin sahə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xəbərdarlıq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar