Məhkəmə qərarları › İş №3(010)-1204/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1204/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1204/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3, tələbkar X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon icra şöbəsinin icra məmuru X4 23 sentyabr 2021-ci ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. İnzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti kimi aşağıdakılar qeyd olunur: «Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir». Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Beləliklə, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı hansı konkret əməllə törətdiyi (həmin inzibati xətanın tərkibinin obyektiv cəhətdən mövcud olduğu) qısa və konkret formada açıqlanmalı, bu açıqlama əməlin İXM-nin 528.1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. 23 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi göstərilənlər isə inzibati xətanın mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətinin (hərəkətsizliyinin) üzrsüz olduğunu açıqlamır, əməlin İXM-nin konkret maddəsi ilə tövsifini əsaslandırmır. Bununla yanaşı, proses iştirakçılarının bildirdiklərindən görünür ki, icra sənədi verildikdən sonra Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, lakin şikayət müvafiq prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır. Sonradan prosessual müddətin bərpasına dair ərizə verilmiş və həmin ərizə təmin olunaraq qətnamədən apelyasiya şikayəti verilməsi müddəti Suraxanı Rayon Məhkəməsinin qərardadı ilə təmin edilmişdir. Məhkəmənin göstərilən qərardadından şikayət verilib, lakin həmin şikayət üzrə hazırda qərar qəbul edilməyib. Qeyd olunur ki, mülki işin apelyasiya instansiyası məhkəməsinin icraatına qəbul edilib-edilməməsi məsələsinin həlli Suraxanı Rayon Məhkəməsinin göstərilən qərardadı ilə bağlı verilmiş şikayətin həllindən asılı olacaq. O cümlədən, icra sənədinin verilməsi üçün əsas olmuş qətnamənin sonrakı taleyi də müvafiq qərardadın həllindən, həmçinin apelyasiya icraatına başlanarsa, apelyasiya instansiyası məhkəməsinin mülki iş üzrə yekun qərarından asılı olacaq. İcra məmuru inzibati xəta haqqında iş üzrə icraat zamanı bu halları nəzərə almayıb. Göründüyü kimi, 23 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar