Məhkəmə qərarları › İş №3(010)-1206/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1206/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1206/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Vəzifəli şəxsin EXP ******* nömrəli 16.05.2021-ci il tarixli X3 protokolu əsasında başlanılmış X3 iş üzrə icraata xitam verilməsinə dair X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində olan Vəzifəli şəxsin EXP ******* nömrəli 16.05.2021-ci il tarixli X3 protokoldan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X3 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət X3 protokoldan deyil, X3 qərardan verilir. Həmçinin məhkəməyə X3 qərar təqdim edilməyib. Ona görə də qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən X3 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim X3 iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, X3 protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, həmçinin mübahisələndirilən qərar təqdim edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil. Ona görə də şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Vəzifəli şəxsin EXP ******* nömrəli 16.05.2021-ci il tarixli X3 protokolu əsasında başlanılmış X3 iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar