Məhkəmə qərarları › İş №3(010)-121/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-121/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-121/2021 14.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Sabunçu rayon DYPS YPX-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP nömrəli ******* seriyalı qərarının ləğvinə dair X2 adından verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon DYPS YPX-nin vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli TP nömrəli ******* seriyalı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X2 adından həmin qərarın ləğvinə dair şikayət verilib. Həmin şikayətin məhkəməyə ünvanlanmış xahişi əks etdirən sonuncu səhifəsi imzalanmayıb. Belə olan halda, şikayətin məhz X4 tərəfindən verildiyini və məhkəməyə ünvanlanmış xahişin onun iradəsini əks etdirdiyini müəyyən etmək olmur. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Sabunçu rayon DYPS YPX-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP nömrəli ******* seriyalı qərarının ləğvinə dair X2 adından verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar