Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1223/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs, xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük Sovxozunda nömrəsiz evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs fəhlə kimi işlədiyi, X3 məxsus ünvan 2də yerləşən nömrəsiz fərdi yaşayış evindən 27 sentyabr 2021-ci il tarixdə 80 manat dəyərində 01 ədəd laqondanı, 100 manat dəyərində 300 ədəd beton dəmir xamutları və 50 manat dəyərində 30 metr işıq kabelini gizli yolla talayıb, zərərçəkmiş şəxs İ.A.Ağayevə ümumilikdə 230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 28 sentyabr 2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, bir müddətdir gündəlik 20 manat müqabilində İlqar adlı şəxsə məxsus fərdi yaşayış evində, usta yanında fəhləlik etməyə başlamış, maddi çətinliyi olduğundan işlədiyi evin həyətindən 01 ədəd laqondanı, beton dəmir xamutları və işıq kabelini oğurlayıb tanımadığı şəxsə 42 manata satmışdır. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, 27 sentyabr 2021-ci il tarixdə ona məxsus ünvan 2də yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən 01 ədəd laqondanın, 100 manat dəyərində 300 ədəd beton dəmir xamutların və 50 manat dəyərində 30 metr işıq kabelinin oğurlandığını aşkar etdikdə, onların məhz Şəxs tərəfindən oğurlandığından şübhələnmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ünvanladığı müraciətində bunu qeyd etmişdir. Belə ki, Şəxs bir müddət ona məxsus fərdi yaşayış evində təmir işləri görən ustanın yanında fəhləlik etmiş, buna görə də təmir üçün alınmış əşyaların, o cümlədən qeyd edilən oğurlanmış əşyaların harada saxlanıldığını bilmişdir. Onun müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılmış araşdırma nəticəsində sözügedən əşyaların həqiqətən də Şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Ona vurulmuş maddi izyan halhazıra kimi ödənilmədiyinə görə Şəxs şikayətçidir. Sonda zərərçəkmiş şəxs İ.A.Ağayev barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 məhkəmədə göstərdi ki, X5 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində təmir işləri ilə bağlı fəhlə işləyən Elnur adlı şəxsin həyətindən 300 ədəd 100 manat dəyərində olan beton xamut dəmirləri, 50 manat dəyərində olan 30 metr işıq kabelini və 80 manat dəyərində işlənmiş laqondanı oğurladığını, ümumilikdə ona 230 manat dəyərində maddi ziyan vurulduğunu qeyd etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Şəxs saxlanılaraq təhqiqat şöbəsinə təhvil verilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Sail Hacıyevin 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda hadisəni törətmiş Şəxs əməli xırda talama kimi qiymətləndirildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində verdiyi izahatından da görünür ki, Şəxs 27 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evindən beton xamut dəmirləri, işıq kabeli və bir ədəd işlənmiş laqondanı oğurladığını etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxsə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Bundan başqa, iş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli, AZA seriyalı, 001233 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1223/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1223/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver