Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1234/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1, Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar sahəsi yeni yaşayış sahəsində yaşayan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi, Quşçuluq massivi nömrəsiz ünvanda yaşayan X5 məxsus evin açıq həyətindən sonuncuya məxsus 500 manat dəyərində olan çoban itini oğurlamışdır. Məhkəmədə izahat vermiş X4 törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi Quşçuluq massivində yerləşən ördək saxlanılan fermaya gecə saatlarında getmiş, fermanın çölünə bağlanmış çoban itini zincirdən açaraq qəsəbəyə gətirmiş, oradan iti Türkan qəsəbəsinə apararaq, tanımadığı şəxsə 20 manata satmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə ona məxsus Bakı şəhəri,Hövsan qəsəbəsi Quşçuluq massivi nömrəsiz ünvanda yerləşən həyətyanı sahədən qiyməti 500 manat olan çoban iti oğurlanmışdır.Bu barədə ərizə ilə ərazi üzrə 30-cu Polis şöbəsinə müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı Vüqar İsizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş,hadisəni törətmiş naməlum şəxs(lər)in müəyyən edilərək İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti icra edilməsi üçün 30-cu PŞ-nə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardadın surətindən göründüyü kimi inzibati xəta tərətmiş naməlum şəxs(lər)in müəyyən olunması üçün 30-cu PŞ-nin sahə inspektoru X2 tərəfindən inzibati icraat işi açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən göründüyü kimi inzibati inzibati icraat işi dayandırılmışdır. İş materiallarında olan Suraxanı rayon prokuroru Rəşid Mahmudovun xx.xx.2020-ci il tarixli qərarın surətindən göründüyü kimi 30-cu PŞ-nin sahə inspektoru X2 tərəfindən X3 500 manat dəyərində itinin oğurlanması faktına görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il arixli qərar əsassız olduğundan ləğv edilmiş,iş üzrə icraat materialı inzibati araşdırmanın davam etdirilməsi üçün 30-cu PŞ-nə qaytarılmışdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Lakin, iş materiallarından göründüyü kimi, vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul olunmuşdur. Qərar xx.xx.2020-ci il tarixdə qəbul olunmasına baxmayaraq inzibati xəta haqqında iş materialları Suraxanı rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində,yəni şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra daxil olmuşdur. Belə ki,Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,38, 40,48-50,53-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1234/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1234/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver