Məhkəmə qərarları › İş №3(010)-1236/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1236/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1236/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1970-ci ildə Şərur Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şərur Alışar kəndində qeydiyyatda olan və ünvan 1 4 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:30 radələrində sərxoş vəziyyətdə Suraxanı Rayon İcra Hakimiyytinin inzibati binasında ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, o, Suraxanı Rayon İcra Hakimiyyətinə tikintiyə icazə almaq üçün getmişdir.Orada onu heç kim qəbul etməmişdir.Bu zaman orada olan nümayəndənin biri onun gəlməsi səbəbini soruşaraq,tikintiyə icazənin olmadığı bildirmişdir. O, tikinti apararsa, onun dayandırılacağı təqdirdə şikayət edəcəyini bildirəndə, nümayəndə polis çağıraraq, onu 31-ci PB-nə gətirərək barəsində protokol tərtib etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi halı iş materialları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının komendantı Əndəlifova Könül Ramiz qızı, DİN Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı polis sercantı X3, Suraxanı Rayon MKTB-ni bağbanı X1 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki,vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə saat 16.30 radələrində sərxoş vəziyyətdə Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq ictimai qaydanı pozmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1/4823 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki Şəxs yüngül alkoqol sərxoşluğu üəyyən olunmuşdur. İş materiallarında olan 253227 saylı vəsiqənin surətindən görünür ki,Şəxs ikinci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs ikinci qrup əlil olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilir.. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar