Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1237/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon X4 Şöbəsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15B nömrəli evin 92 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına yönəlmiş qərəzli hərəkətlər etməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozaraq, avtoxuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon X4 Şöbəsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində yığışmış bir qrup şəxsin öz nəqliyyat vasitələrini qəflətən sürətləndirməklə sürdüklərini görmüş, bu onda maraq yaratdığından atasına məxsus olan, etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxslərin toplaşdığı yerə getmişdir. Həmin yerə sadəcə baxmaq üçün getsə də, lakin sonradan o da həmin şəxslərə qoşularaq idarə etdiyi avtomobillə ziq-zaq vari hərəkətlər etməklə, onu yerində fırlatmaqla, habelə avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxartmaqla sürmüşdür. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon X4 Şöbəsinin yol patrul xidməti inspektoru X2 məhkəmədə göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə post patrul xidmətinin əməkdaşları tərəfindən daxil olmuş məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ticarət mərkəzinin ərazisində bir qrup şəxs avtoxuliqanlıq etmişlər. Dərhal hadisə yerinə gedilmiş, “VAZ 21099” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmiş Şəxs inzibati xətanı törətdiyi zaman saxlanılaraq Bakı şəhəri Suraxanı rayon X4 Şöbəsinə gətirilmişdir. Şöbədə Şəxs izahatı alınmış, sonuncu yazılı izahatında avtoxuliqanlıq etdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş BB seriyalı, 109313 saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1237/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1237/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver