Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1237/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 24 fevral 2023-cü il tarixli, 00100-00557/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin "Xocahəsən”gömrük postundan daxil olmuş 34/025/004426 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına daxil olmuş yük **********4115 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin "xxxx" MMC tərəfindən təqdim olunan **********0781 sorğu nömrəli gısa idxal bəyannaməsinin 22-ci grafasında malların ümumi invoys dəyəri 10133.80 ABŞ dolları əvəzinə 9910.80 ABŞ dolları kimi geyd edilmişdir ki, bu da **********4115 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci grafası arasında uyğunsuzluq təşkil edir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, '‘Xocahəsən’ gömrük postunda xx.xx.2023-cü il tarixli **********4115 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 78A53910/78A54010 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü ıl tarixdə saat 17:29 radələrində Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********4115 sorğu nömrəli xx.xx.2023-cü il tarixlı gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 10133.80 ABŞ dolları qeyd edilmişdir, lakin **********0781 sorğu nömrəli xx.xx.2023-cü il tarix qısa idxal bəyannaməsinin 22-ci grafasında malların ümumi invoys dəyəri 9910.80 ABŞ dolları qeyd edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutlmuş inzibari xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şəxs MMC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, şirkətin gömrük məsələləri ona həvalə edilib, qeyd edir ki, şirkəti ünvanına gələn yüklərə dair bəyannamələrin tərtib edilməsi 19 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə həvalə edilmişdir, işin mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 17:29 radələrində "xxxx" MMC-nin ünvanına “xiyar və badımcan" yükləri Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postunda keçməklə daxil olmuşdur, həmin уüklər Bakı Baş Gömrük idarəsində **********4115 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, əlavə olaraq bildirir ki, **********4115 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********0781sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 18:02 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, qeyd edir ki, ixracatçı şirkət əvvəlcədən səhvən olaraq dəyən az göstərilən invoys sənədini bizə göndərmişdir, həmin invoys sənədi əsasında **********0781 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, sonradan ixracatçı şirkət düzgün dəyər qeyd olunan invoysu göndərmiş və mallar da həmin invoys üzrə **********4115 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur, ixracatçı şirkət invoys sənədi düzgün göndərmədiyi üçün gömrük ganunvericıliyi pozulmuşdur. Gömrük qaydalarının pozulduqlarını etiraf etdiklərini və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş yük **********4115 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin "xxxx" MMC tərəfindən təqdim olunan **********0781 sorğu nömrəli gısa idxal bəyannaməsinin 22-ci grafasında malların ümumi invoys dəyəri 10133.80 ABŞ dolları əvəzinə 9910.80 ABŞ dolları kimi geyd edilmişdir ki, bu da **********4115 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci grafası arasında malların ümumi invoys dəyəri 10133.80 ABŞ dolları əvəzinə 9910.80 ABŞ dolları kimi geyd edilmişdir ki, bu da **********4115 sorğu nömrəli gömrük bəyannaməsin 22-ci grafası arasında uyğunsuzluq təşkil edir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1237/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1237/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver