Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1244/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən 21 aprel 2022-ci ildə daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «Şəxs 06.02.2022-ci il tarixdə vət. X4 Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz ünvanda münaqişə zəminində döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir». İnzibati xəta haqqında protokolda həmçinin göstərilir ki, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda «olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı» göstərilməlidir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən təqdim olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs X6 barədə heç bir məlumat, o cümlədən ünvanı göstərilməmişdir. İnzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat dövründə digər mühüm pozuntulara da yol verilmiş, işin faktik halları kifayət qədər araşdırılmamış, zəruri sübutlar toplanmamışdır. Məsələn, X6 məhkəmə iclasında bildirmişdir ki, Şəxs mübahisə zamanı onu sinə nahiyəsindən itələyib. O, Şəxs ona başqa hər hansı xəsarət yetirdiyini bildirməmişdir. İş materialında olan ekspert rəyində isə X1 yanaq nahiyəsində şişkinlik və selikli qişasına qansızma aşkar olunduğu göstərilir. Şəxs bildirir ki, X5 ümumiyyətlə hər hansı xəsarət yetirməyib, ona qarşı fiziki qüvvə tətbiq etməyibdir. Məhkəməyədək araşdırma zamanı ekspert rəyi, həmçinin X2 və Şəxs bildirdikləri arasındakı ziddiyyət ümumiyyətlə araşdırılmamış və həmin ziddiyyətlərə qiymət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən 21 aprel 2022-ci ildə daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1244/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1244/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver