Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1246/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-nin təhqiqatçısının xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində xx xxxxxx 2020-ci ildə saat 19 radələrində X2 aralarında yaranmış mübahisə zəminində qəsdən döyərək, ona sağlamlığa zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X3 ilə yaxın münasibətləri var. xx xxxxxx 2020-ci ildə onunla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində görüşmüş və kafedə birlikdə yemək yemişlər. Sonra Nigarı avtomobillə evinə aparmış həmin vaxt aralarında mübahisə yaranmış və Nigarı avtomobilin içində vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, əri və iki uşağı var. Əri hazırda Rusiya Federasiyasında yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onu sevdiyini və evlənmək istədiyini bildirdiyinə görə aralarında yaxın münasibət yaranıb. Buna baxmayaraq, tez-tez mübahisələri və münaqişələri yaranır. Belə ki, Şəxs dəfələrlə ona qarşı zor tətbiq etmiş və döymüşdür. Bununla bağlı dəfələrlə polisə müraciət edib. Sonuncu dəfə aralarında münaqişə xx xxxxxx 2020-ci ildə baş vermiş, həmin münaqişə zamanı Anar onu əlləri ilə vuraraq döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X1 “bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu oynağının, sağ əlin, sağ saidin, sağ budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, peşiman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidirlər. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1246/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1246/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver