Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1246/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, 05.09.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 21.08.2021-ci il tarixli və BNA seriyalı ******* saylı 16.09.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 21.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmiş, həmçinin Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 16.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmişdir. X3 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 21.08.2021-ci il tarixli və BNA seriyalı ******* saylı 16.09.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarlarından 04.10.2021-ci il tarixdə məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında X3 ərizə təqdim edərək, şikayət ərizənin baxılmadan saxlanılmasını, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iş üzrə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, X3 tərəfindən verilmiş Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 21.08.2021-ci il tarixli və BNA seriyalı ******* saylı 16.09.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və iş ürə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X2 Məcəlləsinə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı 21.08.2021-ci il tarixli və BNA seriyalı ******* saylı 16.09.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və iş ürə icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1246/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1246/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver