Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-125/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuriyeva (Həsənova) Vüsalə Sabir qızının və onun müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X2 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Nuriyeva (Həsənova) Vüsalə Sabir qızının, xx xxxx 1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, 28 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış massivi, 230 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəmsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Nuriyeva (Həsənova) Vüsalə Sabir qızından X3 xeyrinə 20.000 manat pul vəsaiti tutulmuşdur. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Nuriyeva (Həsənova) Vüsalə Sabir qızından dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, V.S.(Həsənova) Nuriyeva icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Nuriyeva (Həsənova) Vüsalə Sabir qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Nuriyeva (Həsənova) Vüsalə Sabir qızı göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ondan X3 xeyrinə 20.000 manat pul vəsaitinin tutulması qət edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, öhdəliyinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq yoldaşının xəstəliyi ilə əlaqədar olaraq müəyyən problemlərlə üzləşdiyindən icra sənədi üzrə öhdəliyini birdəfəlik icra edə bilməmişdir. Bununla belə o, barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkara olan 20.000 manat borcundan 13.650 manat ödəniş etmişdir. Artıq icra sənədi üzrə borcunun yarısından çoxunu ödəmiş və hazırda borcu 6.350 manat təşkil edir. Özü heç yerdə işləmir, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı isə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bütün bunlara baxmayaraq o, hələ barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə qismən də olsa icra sənədi üzrə öhdəliyini könüllü olaraq icra etmişdir. Lakin tələbkar ondan borcun birdəfəlik ödənilməsini tələb edir. Onun maddi vəziyyəti isə həmin borc məbləğini birdəfəlik ödəməyə imkan vermir. Habelə pandemiya ilə əlaqədar olaraq gəlirlərindən məhrum edildiyindən son vaxtlar icra sənədi üzrə tələbkara ümumiyyətlə heç bir ödəniş edə bilməmişdir. Sonda V.S.(Həsənova) Nuriyeva məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli icra sənədinə əsasən 20.000 manat pul vəsaiti V.S.(Həsənova) Nuriyevadan tutularaq onun xeyrinə ödənilməlidir. Lakin borclu müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən yayınır. Belə ki, borclu ona olan 20.000 manat borcundan barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilənədək cəmi 13.650 manat ödəniş etmişdir. O, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Belə ki, borclunun öhdəliyini yerinə yetirməməsi onu müəyyən maddi çətinliklərlə üzləşdirir. Borclunun maddi vəziyyəti icra sənədi üzrə borcunu birdəfəlik ödəməyə imkan versə də, sonuncu maddi vəziyyətinin pis olduğunu və sair bəhanələr gətirməklə borcunu ödəməkdən yayınır. Sonda R.R.Qurbanov borclu V.S.(Həsənova) Nuriyeva barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla V.S.(Həsənova) Nuriyevanın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Nuriyeva (Həsənova) Vüsalə Sabir qızından X3 xeyrinə 20.000 manat pul vəsaiti tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli icra sənədi üzrə icraata xx xxxx 2019-cu il tarixdə başlanılmış və borclu Nuriyeva (Həsənova) Vüsalə Sabir qızına 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması V.S.(Həsənova) Nuriyevadan xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuriyeva (Həsənova) Vüsalə Sabir qızının Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8843/2018 nömrəli icra sənədi üzrə borcu 6.350 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, V.S.(Həsənova) Nuriyevanın şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə V.S.(Həsənova) Nuriyevanın himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə V.S.(Həsənova) Nuriyevanın məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında işə məhkəmədə baxılan zaman isə V.S.(Həsənova) Nuriyevanın himayəsində olan uşaqlardan birinin on dörd yaşınadək olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, V.S.(Həsənova) Nuriyevaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Nuriyeva (Həsənova) Vüsalə Sabir qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-125/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-125/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver