Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1257/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci il tarixli EPQ seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 02.05.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X4 02.05.2021-ci ildə Bakı şəhəri, Telnov küçəsi, 2 a ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PB-nin əməkdaşları tərəfindən pandemiya, xüsusi karantin rejimini pozmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4.000 manat cərimə edilməyi barədə 02.05.2021-ci il tarixli, EXP ******* nömrəli protokol tərtib edilərək, 03.05.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar qəbul edilmişdir.Belə ki, hələ hüquqları rəsmiləşdirilməmiş Xətai rayonu ərazisində yerləşən "Qızıl bağ" restoran adı altında fəaliyyət göstərən obyektə Xətai Rayon Polis İdarəsinin əməkdaşları daxil olaraq, pandemiya dövründə xüsusi karantin rejimini pozulmasına dair onun barəsində protokol tərtib edilmişdir.O, Dövlət Vergi Xidmətindən bir pəncərə prinsipinə əsasən fiziki şəxs qismində adına VÖEN açdırmaqla fəaliyyətə yenicə başlamışdır. Eyni zamanda, həmin vaxtı restoranın sahibi ilə heç bir müqaviləsi olmamış, ilkin fəaliyyətə başlamışdır. Belə olan halda, hüquqi şəxs kimi cərimələnməyi ona qaranlıq qalmışdır. Cərimə edilməyi barədə ona nə protokolun, nə də ki, qərarın surəti verilməmişdir. Polis əməkdaşları böyük bir restoranda 10-12 nəfər üç stolda əyləşib normal istirahət edən şəxsləri görüb ümimiləşdirərək ona qarşı qanunsuz hərəkət ediblər. Həmin vaxtı ona heç bir söz deyilməmiş və irad tutmamış, sadəcə restorana baxıb gediblər. Sonra ona mesaj gəldiyindən məlumatı olmuş və internet vasitəsilə şəxsi kabinetindən cərimələnməyi barədə müvafiq sənədləri əldə edə bilmişdir. O, 2021-ci ilin sentyabr ayına qədər barəsində qəbul edilmiş qərardan məlumatsız olmuş və həmin qərar ona təqdim edilməmişdir.O, cərimənin silinməsi barədə şikayət ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun iştirakını təmin etmədən işin inzibati məhkəmədə və ya digər məhkəmədə baxılması barədə qərardad qəbul etmişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8521/2021 saylı 09.08.2021-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır.Həmin qərardadı əldə etdikdən sonra 2021 -ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta törətməyilə əlaqədar, 4.000 manat cərimə edilməyi barədə 02.05.2021-ci il tarixli, EXP ******* nömrəli protokolu və 03.05.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarı əldə etmişdir.Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X3 şikayət ərizəsinə baxılması 05.11.2021-ci il tarixə saat 1200-a təyin edilməsi barədə Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci il tarixli qərarından görünür ki, X4 02.05.2021ci il tarixdə, Bakı şəhəri, Telnov küçəsi, 2 a ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur.X1 4000 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarda X3 tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. Bununla da X3 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini hansı səbəbdən pozması müəyyən olunmur. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı Polis İdarəsi məhkəməyə EXP seriyalı ******* saylı 02.05.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə protokol və həmin protokol əsasında qərar qəbul edilməsi X3 ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Belə olan halda məhkəmə hesab edir ki, X3 qeyd olunan inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilməlidir və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə olunması ilə bağlı Bakı şəhəri Xətai rayon RPİ-nin 34-cü Polis Bölməsinin vəzifəli şəxsinin 03.05.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1257/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1257/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver