Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1257/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 14 aprel 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, «Şəxs MMC 41.310,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 41.310,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir». Şəxs MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də «Şəxs MMC 41.310,00 ABŞ dolları məbləğində vəsaiti mal alınması üçün 12 mart 2020-ci il tarixdə xaricə köçürmüşdür. Həmin vəsait hesabına alınmış mallar 06 iyul 2020-ci ildə ölkəyə idxal olunmuş, lakin müvafiq gömrük bəyannamələrində yanlışlığa yol verilərək 44-cü qrafalarda 4011 kodlarının qarşısında müqavilə kodu 191103194, müqavilə nömrəsi SC19-001, müqavilə tarixi isə 11 iyun 2019-cu il kimi göstərilmişdir. Əslində isə müvafiq ödəniş 24 fevral 2020-ci il tarixli SCHS20200224 nömrəli müqaviləyə əsasən edilib. Bu səbəbdən Şəxs MMC-yə xidmət göstərən bankla MMC arasında anlaşılmazlıq yaranmışdır. Şəxs MMC həmin yanlışlığın aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinə müraciət etmiş, müraciət təmin olunaraq iki gömrük bəyannaməsində 44-cü qrafada müqavilə kodu 220304896, müqavilə nömrəsi SCHS20200224, müqavilə tarixi 24 fevral 2020-ci il olmaqla qeyd olunub. Nümayəndə göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş 12 mart 2020-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 41.310,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödəniş tapşırığında müvafiq müqavilənin nömrəsi kimi SCHS20200224, müqavilənin tarixi kimi 24 fevral 2020-ci il göstərilib. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş iki ədəd gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu qarşısında müqavilə nömrəsi SC19- 001, müqavilə tarixi isə 11 iyun 2019-cu il olmaqla göstərilib. Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, MMC həmin yanlışlığın aradan qaldırılması məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət etmiş, bu müraciətə əsasən gömrük bəyannamələrində yol verilmiş yanlışlıq aradan qaldırılaraq bəyannamələrin 44-cü qrafalarında 4011 kodları qarşısında müqavilə nömrəsi SCHS20200224, müqavilə tarixi 24 fevral 2020-ci il olmaqla göstərilmişdir. Həmin bəyannamələrdən görünür ki, 12 mart 2020-ci il tarixli ödəniş tapşırığında qeyd olunan SCHS20200224 nömrəli 24 fevral 2020-ci il tarixli müqavilə ilə əlaqədar ölkəyə 06 iyul 2020-ci il tarixində 19373,20 və 21.934,80 ABŞ dolları (cəmi 41.310,00 ABŞ dolları) dəyərində mal idxal olunub. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, inzibati xəta haqqında protokolda göstərilən ödəniş hesabına əldə olunmuş mallar ödənişin həyata keçirildiyi vaxtdan təxminən 04 ay sonra ölkəyə idxal ediliblər. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 14 aprel 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1257/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1257/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver