Məhkəmə qərarları › İş №3(010)-1259/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1259/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1259/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin polis mayoru X1 inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin polis mayoru X1 xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərar xx xxxxxx 2020-ci ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. X4 göstərilən qərardan şikayət verib. O, işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 15:39-da Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə özünə məxsus “Mercedes Benz E280” minik markalı 90HT687 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib, “Xan Sarayı” şadlıq sarayının ərazisinə giriş qapısının qarşısında sola dönərkən Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları ona saxla işarəsi vermişlər. O, avtomobilini saxlamış və YPX inspektoru tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola etiraz edərək inzibati xəta haqqında protokolun aidiyyəti hissəsinə vəsatətini yazmışdır. Lakin göstərilən vaxtdan 1 ay 13 gün keçdiyinə baxmayaraq DYPİ-nə dəvət edilməmişdir. xx xxxxxxx 2020-ci ildə isə ona məlum olub ki, barəsində Bakı şəhər DYPİ-nin polis mayoru X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməklə 60 manat miqdarında cərimə edilib. Qərar qanunsuz qəbul edildiyinə görə onu qəbul etmir. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda vəsatət yazaraq etirazını bildirsə də, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakı hər hansı bir formada təmin edilməyib, işə baxılmasının vaxtı və yeri ilə bağlı məlumatlandırılmayıb. Şikayətinin təmin olunmasını xahiş edir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 124.2 – 124.4-cü maddələrinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır», «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir», «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs bildirir ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığına və bununla bağlı etirazını yazılı formada protokola qeyd etdiyinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat barədə ona məlumat verilməmiş, iştirakı təmin olunmamışdır. Bunun əksi işin məhkəmə baxışı zamanı sübuta yetirilməyib. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Bu hal Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş prosessual tələblərin pozulması və iş üzrə əhəmiyyət kəsb edən bütün faktik halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 153.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Bakı şəhər DYPİ-nin polis mayoru X1 X2Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar