Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1260/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli, MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokollarının ləğv edilməsi barədə X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli, MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokollardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, şikayətçi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli, MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokollarının və haqqında əsassız olaraq tətbiq edilən inzibati tənbeh tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Lakin məhkəməyə inzibati xəta haqqında qərar təqdim edilməyib. Ona görə də qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarların hər birindən ayrıayrılıqda şikayət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, mübahisələndirilən qərarlar təqdim edilmədiyinə, inzibati xəta haqqında qərarların hər birindən ayrı-ayrılıqda şikayət verildiyinə görə şikayət üzrə icraat mümkün deyil. Ona görə də şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli, MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokollarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-1260/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1260/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver