Məhkəmə qərarları › İş №3(010)-1269/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1269/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1269/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 katibliyiilə xx xxxxx 1984-cü ildə Ağstafa rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Rusiya Federasiyası, Volqoqrad vilayəti, Dubovka rayonu, Qornıy Balıkley kəndi, Krasnoarmeyskaya küçəsi, ev 9 ünvanı üzrə qeydiyyatda olan, xx xxxxxxx 2020-ci ildən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci ildə saat 22 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində komendant rejimi qaydasının mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxxx 2020-ci ildə X2 ilə bir qədər spirtli içki qəbul etmiş, idarə etdiyi avtomobillə Zaurgilə birlikdə qayıdarkən avtomobildə nasazlıq yarandığına görə yolda ləngimişlər. Saat 22 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində komendant saatı ilə əlaqədar yaradılmış postda onu polis əməkdaşları saxlamışlar. Sərxoş olduğuna görə həmin vaxt polis əməkdaşlarına qarşı bir qədər kobudluq edib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X3 və X5 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahatlar vermişlər. O cümlədən qeyd edirlər ki, komendant saatı ilə bağlı yaradılmış postda xidmət apardıqları vaxt Şəxs saxlamışlar. Sonuncudan kəskin spirtli içki iyi gəlirdi. Onlar avtomobilin baqaj yerinə baxmaları üçün Şəxs həmin yeri açmasını xahiş etmiş, lakin sonuncu onların bu tələbinə qarşı aqressiv davranmış, bununla bağlı və sonradan polis bölməsinə dəvət olunduğu vaxt müqavimət göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları, o cümlədən xx xxxxxxx 2020-ci il tarixli 1/4851 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu» ilə təsdiq olunur. Protokolun məzmunundan görünür ki, Şəxs hadisə vaxtı orta dərəcəli sərxoşluq vəziyyətində olub. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar